Icma.az
close
up
RU
Qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir

Qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin tez bir zamanda təmin edilməsini dəstəkləyir. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgənin strateji gündəliyinin və siyasi prioritetlərinin əsas mövzularından biridir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Azərbaycan bölgənin gələcəyi naminə Ermənistana beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişi imzalamağı təklif edib. Uzun müddətdir davam edən sülh danışıqlarına baxmayaraq, Ermənistan sülh üçün zəruri şərtləri yerinə yetirməkdən yayınıb və prosesi ləngitməyə çalışır.
Deputat qeyd edib ki, Ermənistanın manipulyasiya və siyasi avantüralarının əsas məqsədi sülh prosesini iflasa uğratmaqdır. Paşinyan hakimiyyəti regionda formalaşan yeni əməkdaşlıq imkanlarını və təhlükəsizliyi təhdid edir, inkişaf perspektivlərinə zərbə vurmağa çalışır. Ermənistan, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərini görür və sülh prosesini pozaraq bu uğurlara mane olmağa çalışır.
Sevinc Fətəliyeva əlavə edib ki, Ermənistan əvvəllər KTMT-yə arxalanırdısa, son illərdə xarici siyasət oriyentasiyasını dəyişərək Qərbdən dəstək axtarır. Hazırda Ermənistan NATO-nu regiona cəlb etməyi və revanşist məqsədlərini Qərbin vasitəsilə reallaşdırmağı düşünür. Bəzi Qərb dövlətlərinin rəsmi açıqlamaları və Ermənistanın silahlandırılması onların bu siyasəti dəstəklədiklərini sübut edir.
Deputat, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın hazırkı siyasətinin mahiyyətini düzgün qiymətləndirməli və onun əsl niyyətlərini bilməlidir. Əgər Ermənistan sülhə məcbur edilməzsə, regionda qeyri-sabitlik davam edəcək. Bir sıra Qərb dövlətlərinin, xüsusilə Fransanın Ermənistana verdiyi dəstək revanşizmə sövq edir. Bu dövlətlər 30 il ərzində Azərbaycan torpaqlarının işğalı zamanı susduqları halda, indi ədalətli mövqe tutmaq əvəzinə, Ermənistanı müdafiə etməyə çalışırlar.
“Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi ilə seçilir. Ermənistan isə işğalçı siyasətini davam etdirərək, beynəlxalq birliyin nəzərində Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışır. Regionda sülh və sabitliyin təmin olunmasını istəyən dünya gücləri Ermənistana təzyiq göstərməlidir. Lakin biz görürük ki, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Rəsmi İrəvan anlamalıdır ki, sülh əvəzinə hərbi təxribat yolunu seçərsə, layiqli cavabını alacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see259

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see200

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see191

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see130

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri