Icma.az
close
up
RU
Qarşılıqlı etimad, möhkəm dostluq

Qarşılıqlı etimad, möhkəm dostluq

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Məlum olduğu kimi Ölkə Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Macarıstanda səfərdə olub. Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır. Macarıstanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa-quruculuq işlərinin də fəal iştirakçısıdır. Xalqlarımız arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur.
Mədəni,siyasi əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçılarımızın şəxsi dostluğu və qarşılıqlı etimadı bütün dünya üçün nümunəvidir. Səfər çərçivəsində cari ilin mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş və məhdud təkiblərdə görüşü olub.Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.Möhtərəm Prezidentimiz bəyanat zamanı məzmunlu nitqi ilə bir sıra tarxi faktları ictimaiyyətin diqqətinə çatdırıb. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur.Bildiyimiz kimi Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstanın Baş naziri Viktor Orban ötən il Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən sammitində iştirak edib.
Sammitdə çıxış edən Baş nazir Türk Dövlətləri Təşkilatını Şərqlə Qərb arasında əməkdaşlığa yardım edən mühüm təşkilat kimi qiymətləndirdib. Bunlar təbii ki, türk dövlətləri arasındakı qardaşlığın və sarsılmaz birliyin bariz nümunəsidir. Ötən il Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında Qarabağ Bəyannaməsi imzalanıb. Bu sənəd Türk Dövlətləri Təşkilatının fəaliyyətinə mühüm töhfə verəcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq.
Azərbaycan Macarıstanla hazırda energetika sahəsində də uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.
Ümumilikdə söyləmək olar ki, qarışılıqlı dostluq və etimad ölkələrimiz arasındakı mövcud olan səmimi münasibətləri bundan sonra da inkişaf etdirəcək.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri