Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Qarşılıqlı etimad əsasında...

Qarşılıqlı etimad əsasında...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və İsrail iqtisadi tərəfdaşlığı artırmaq niyyətindədir

Azərbaycan və İsrail mövcud potensiallarından səmərəli istifadə etməklə iqtisadi tərəfdaşlığı daha da dərinləşdirmək, qarşılıqlı investisiyaları və ticarət dövriyyəsini artırmaq niyyətindədir. Hər iki ölkə bölgədə sülh və rifaha xidmət edən regional layihələrdə də yaxın tərəfdaşlığı gücləndirməklə böyük əməkdaşlıq platformasının yaradılmasını məqsəduyğun hesab edir. Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarovla İsrailin maliyyə naziri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qeyd edilən məsələlərə toxunulub. Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarına diqqət çəkiblər.

Birgə sərmayə qoyuluşları artır

Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr son illərdə daha da inkişaf edərək yeni sahələrdə birgə layihələrin icrası üçün dərin zəmin yaratmaqdadır. Hər iki ölkənin biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin, davamlı xarakter alan Biznes-forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalar kimi mühüm yer tutur. Əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılmasında Birgə Komissiya mühüm platforma kimi faydalı nəticələrin əldə olunmasına töhfə verir. Həmçinin, İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.

Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Eyni zamanda, kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur və israilli şirkətlərin bu sahələrə sərmayə yatırımlarında dinamika nəzərə çarpır. 

Yeri gəlmişkən, Azərbaycanın son dövrlərdə xarici ölkələrin iqtisadiyyatına yatırdığı investisiyaların həcmində İsrailin payı artmaqdadır. 2025-ci ilin yanvar-sentyabr aylarında İsrailə ölkəmiz tərəfindən 542,6 milyon dollar həcmində sərmayə yatırılıb ki, kapitalın əsas hissəsi “Tamar” qaz yatağı layihəsinə yönəldilib. Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Union Energy” şirkəti arasında İsrailin Aralıq dənizi hövzəsindəki ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsi üzrə 10 faiz payın əldə edilməsinə dair saziş imzalanıb. Bununla da SOCAR İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb. Azərbaycan bu perspektivli qaz blokunda investor və enerji tədarükçüsü statusu qazanmaqla Aralıq dənizi regionunda potensial enerji təchizatçına çevriləcək.

Biznes forumlar iqtisadi təmasları gücləndirir

İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Bu ölkə ilə respublikamız arasında qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.

Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması münasibətlərin yeni mərhələyə yüksəlməsində təkanverici rol oynayıb, bir sıra sahələrdə birbaşa təmaslar üçün hüquqi-iqtisadi sütunlar yaradıb.

Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycan-İsrail Biznes forumları da mühüm rol oynamaqdadır. Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investistiya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmi artaraq 1 milyard dollara yaxınlaşıb.

Kosmik sənayedə müştərək uğurlar

İsrail və Azərbaycan arasında son illərdə müasir sənaye quruculuğu, süni intellekt, kibertəhülkəsizlik sahələrində əməkdaşlıq daha da intensivləşib. Azərbaycanın 2026-cı ildə fəzaya buraxmağa hazırlaşdığı növbəti optik müşahidə peykinin hazırlanmasında israilli peşəkar mütəxəssislər də iştirak edir. “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur. Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağında azərbaycanlı mütəxəssislərə köməkliyini göstəməkdədir. “IAI” proqram çərçivəsində  “Azersky-2” üzrə iki peykin hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.

“İsrael Aerospace Industries” şirkəti dünyada unikal sənaye və kosmik mallar tədarükçüsü olmaqla Azərbaycanda da yeni innovasiyaların təşviqində və yeni nəsil texnologiyaların hazırlanmasında dəstəyini göstərmək niyyətindədir. Süni zəka layihələrində tərəfdaşlıq üzrə səmərəli platforma qurulmaqdadır. Ölkələrimiz arasında kibertəhlükəsizlik üzrə də yeni imkanlar dəyərləndirilir.

Digər sahələrdə də əməkdaşlıq üçün potensial imkanların artırılması Azərbaycan və İsrail arasında  müəyyən edilmiş iqtisadi hədəflərə çatmaqda mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri