Icma.az
close
up
RU
Qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri

Qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və uzaqgörən dövlət siyasəti nəticəsində Azərbaycan müasir dövrün mürəkkəb geosiyasi şəraitində öz milli maraqlarını qətiyyətlə qoruyur. Son illər ərzində ölkəmizin həm regionda, həm də qlobal arenada artan nüfuzu aparılan ardıcıl islahatların və strateji xarici siyasət kursunun məntiqi nəticəsidir. Dövlət başçısının müəyyən etdiyi prioritetlər iqtisadi şaxələndirməni sürətləndirməklə yanaşı, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz tərəfdaşa çevirmiş, irimiqyaslı nəqliyyat-logistika layihələri vasitəsilə ölkəmizin tranzit potensialını maksimum dərəcədə gücləndirmişdir.

Bu strateji xəttin ən önəmli istiqamətlərindən biri qonşu dövlətlərlə, xüsusən də tarixi dostluq köklərinə malik olan Gürcüstanla münasibətlərin keyfiyyətcə yeni müstəviyə qaldırılmasıdır. Cari ilin 6 aprel tarixində Prezident İlham Əliyevin Gürcüstana reallaşdırdığı rəsmi səfər və bu çərçivədə mətbuata verdiyi bəyanat iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmazlığını bir daha nümayiş etdirdi. Səfər zamanı aparılan yüksək səviyyəli müzakirələr göstərdi ki, Azərbaycan və Gürcüstan arasındakı əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də regional və qlobal təhlükəsizlik kontekstində böyük əhəmiyyət kəsb edir.

Dövlət başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri üzərində qurulub. Bu əməkdaşlıq modeli Cənubi Qafqazda sabitliyin qorunmasında həlledici rol oynayır. Enerji sektorundakı birgə fəaliyyət, xüsusilə Cənub Qaz Dəhlizinin uğurlu istismarı hər iki ölkənin beynəlxalq enerji xəritəsindəki mövqeyini möhkəmləndirir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisi vasitəsilə dünya bazarlarına çıxarılması bölgəyə investisiya axınını stimullaşdırır və iqtisadi rifahı təmin edir.

Bununla yanaşı, nəqliyyat və logistika sahəsindəki koordinasiyalı addımlar xüsusi diqqət mərkəzindədir. “Orta Dəhliz” layihəsinin inkişafı istiqamətində görülən işlər Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz marşrutun formalaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu infrastruktur layihələri regionun geosiyasi çəkisini artırmaqla yanaşı, xalqlarımızın gələcək inkişafı üçün yeni imkanlar açır.

Səfərin ən mühüm məqamlarından biri də regional sülh və təhlükəsizliklə bağlı səsləndirilən fikirlər oldu. Dövlət başçısı bəyan etdi ki, Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsi Azərbaycanın əsas hədəflərindən biridir. Ölkəmizin beynəlxalq hüquq normalarına və suverenliyə hörmət əsasında qurduğu bu siyasət bölgədəki digər dövlətlər üçün də bir inkişaf modeli rolunu oynayır.

Bir sözlə, Prezident İlham Əliyevin bu səfəri və əldə olunan razılaşmalar Azərbaycan-Gürcüstan müttəfiqliyinin dinamik inkişaf etdiyini, qarşıya qoyulan strateji hədəflərin uğurla reallaşdırıldığını təsdiqləyir. Bu dostluq və tərəfdaşlıq əlaqələri regionda uzunmüddətli tərəqqinin və təhlükəsizliyin ən etibarlı zəmanətidir.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri