Icma.az
close
up
RU
Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər mehriban qonşuluq, etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır ŞƏRH

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər mehriban qonşuluq, etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan-Gürcüstan dostluğu qarşılıqlı inam və siyasi həmrəylik nümunəsidir. İki ölkə arasında mövcud olan əməkdaşlıq modeli ortaq maraqlara əsaslanan, real nəticələr verən və gələcək inkişaf üçün geniş perspektivlər vəd edən tərəfdaşlığa çevrilib. 16 aprel 2025-ci il tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini bir daha təsdiqlədi. Bu bəyanat təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazda və Avrasiya regionunda formalaşan yeni geosiyasi düzən kontekstində mühüm əhəmiyyət daşıyır. Tarixi, mədəni və coğrafi yaxınlıq üzərində qurulan bu münasibətlər artıq təkcə regional deyil, həm də beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Əsrlər boyunca mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında formalaşan Azərbaycan-Gürcüstan münasibətləri müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli əməkdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi bu mənada təsadüfi sayılmamalıdır. Rəsmi Bakı bunu əlaqələrimizin mahiyyətinin, xalqlarımızın dostluğunun göstəricisi kimi dəyərləndirir. Yüksək səviyyəli təmaslar siyasi dialoqun inkişafını göstərir. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir”. Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri enerji diplomatiyasının real ifadəsi olaraq regionun iqtisadi inteqrasiyasını stimullaşdırmış, eyni zamanda enerji ixracatında diversifikasiya siyasətinə təkan vermişdir. BTC vasitəsilə Qərb bazarlarına fasiləsiz enerji axını təmin olunur və bu, Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Orta Dəhlizin əsas hissəsi olan bu marşrut Avropa ilə Asiyanı birləşdirən ən səmərəli alternativdir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, Cənubi Qafqaz uzun illər münaqişələrlə xarakterizə olunsa da, artıq bölgədə yeni reallıqlar yaranır.

Azərbaycan və Gürcüstan bölgədə sülhün və sabitliyin təmin olunmasına töhfə verən əsas aktorlardır. İki ölkə arasında münasibətlər təkcə prezidentlər səviyyəsində deyil, baş nazirlər, xarici işlər nazirləri və parlamentlərarası platformalar vasitəsilə də daim inkişaf etdirilir. Hökumət və parlament üzvlərinin qarşılıqlı səfərləri, birgə hökumətlərarası komissiyalar, XİN-lərarası məsləhətləşmələr və dostluq qrupları bu əməkdaşlığın davamlılığını və dərinliyini təmin edir. Azərbaycan-Gürcüstan münasibətləri 119 sənədi əhatə edən geniş müqavilə-hüquq bazasına əsaslanır. Bu sənədlər tərəflər arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan münasibətlərin tənzimlənməsi üçün sabit hüquqi çərçivə yaradır. Bakı və Tbilisi həm də bu coğrafiyada sülhün, əmin-amanlığın bərqərar edilməsində maraqlıdır. Liderlərin verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə bundan sonra da əlaqələrin yüksələn xətlə inkişafına çalışır. Prezident Mixeil Kavelaşvili də öz növbəsində bəyan etdi ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr etimada əsaslanır. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövründə hər iki qonşu ölkə milli dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir. Tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha bəyan etdi. Həm Gürcüstan, həm də Azərbaycan güclü və firavan Cənubi Qafqaz naminə səylərin birləşdirilməsində maraqlıdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri