Icma.az
close
up
RU
Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan BƏƏ münasibətləri

Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan BƏƏ münasibətləri

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açmışdır. Prezidentin yüksək səviyyədə qarşılanması Azərbaycan-BƏƏ münasibətlərinin qarşılıqlı hörmət və etimada əsaslandığını bir daha nümayiş etdirmişdir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyan”ın adını daşıyan nüfuzlu mükafatla təltif edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu mükafat dövlət başçımıza Azərbaycan ilə BƏƏ arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə, regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə görə təqdim edilmişdir. Şeyx Zayed mükafatı humanizm, tolerantlıq və xalqlar arasında dostluq ideyalarını təcəssüm etdirir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin göstəricisidir.

Mükafatın təqdim olunması mərasimində Prezident İlham Əliyevin çıxışı xüsusi diqqət çəkmişdir. Dövlət başçısı çıxışında Azərbaycan ilə BƏƏ arasında tarixi dostluq əlaqələrinin mövcudluğunu vurğulamış, iki ölkənin bir çox sahədə uğurla əməkdaşlıq etdiyini qeyd etmişdir. Prezident İlham Əliyev, həmçinin mərhum Şeyx Zayedin irsinin bu gün də regionda sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından biri olduğunu bildirmişdir. O, Azərbaycan tərəfinin BƏƏ ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə yeni layihələrlə zənginləşəcəyini diqqətə çatdırmışdır.

Prezidentin səfəri çərçivəsində keçirilən görüşlərdə energetika, investisiya, bərpa olunan enerji mənbələri, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bu, Azərbaycanın iqtisadi inkişaf strategiyasının beynəlxalq tərəfdaşlıqlar əsasında həyata keçirildiyini göstərir. Xüsusilə BƏƏ şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr iki ölkə arasında iqtisadi əlaqələrin real nəticələr verdiyini sübut edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Şeyx Zayed mükafatı ilə təltif olunması Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər təkcə diplomatik əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Dövlət başçımızın çıxışı isə ölkəmizin sülhə, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan xarici siyasət xəttini bir daha ortaya qoymuşdur.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri