Icma.az
close
up
RU
Qarşılıqlı hörmət və etimadın təzahürü

Qarşılıqlı hörmət və etimadın təzahürü

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 8-də Bratislava diplomatik baxımdan xüsusi bir gün oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri yalnız protokol səviyyəsində həyata keçirilən görüş deyildi. Bu səfər Avropa qitəsində yeni strateji tərəfdaşlıq arxitekturasının formalaşdığını göstərən mühüm siyasi hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində iki ölkə prezidentlərinin mətbuata bəyanatları göstərdi ki, Bakı ilə Bratislava arasında əməkdaşlıq artıq ənənəvi diplomatik münasibətlərin hüdudlarından çıxaraq çoxşaxəli strateji xəttə çevrilib. Azərbaycanın geosiyasi çəkisi, iqtisadi potensialı, enerji resursları və artan texnoloji ambisiyaları Slovakiya üçün etibarlı tərəfdaşlıq platforması yaradır. Prezident İlham Əliyev Slovakiyaya bu səfəri yüksək əminliklə dəyərləndirərək bildirdi: “Bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir”. Bu ifadə iki mühüm məqamı ortaya qoyur. Bratislava ilə Bakının siyasi dialoqu yeni mərhələyə daxil olur və tərəflər artıq dostluqdan strateji tərəfdaşlığa keçidi tam mənada reallaşdırıblar. Xatırladaq ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin ən ali çərçivəsini müəyyən edib. Cənab Prezidentin fikirləri ilə desək “Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir”. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində aparıcı rola malikdir. İlk dəfə olaraq ötən il Slovakiya Azərbaycan qazını almağa başladı.

Bu, təkcə iqtisadi proses deyil, Avropanın enerji xəritəsində yeni reallığın formalaşmasıdır. Prezident İlham Əliyev bəyan etdi: “Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər”. Bu bəyanat həm siyasət, həm təhlükəsizlik, həm də iqtisadi etibar siqnalıdır. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetrdir, bunun yarısı Avropaya gedir, 8 Aİ ölkəsi Azərbaycan qazından yararlanır və 14 ölkə ümumilikdə Azərbaycan təbii qazının alıcısına çevrilib. Yeni yataqların istismarı bu potensialı daha da artıracaq və Slovakiyanın o cümlədən Mərkəzi Avropa regionunun enerji təminatında Azərbaycanın rolunu möhkəmləndirəcək. Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığı sadəcə hərbi müstəvi kimi deyil, yüksək texnologiyaların birgə istehsalı kimi dəyərləndirir. Cənab Prezident İlham Əliyev xüsusi vurğuladı: “Biz müharibə aparmaq fikrində deyilik. Burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdiririk”. Dünya bazarına çıxarıla biləcək birgə məhsulların istehsalı gələcək illərin perspektiv sənaye xəritəsində mühüm yer tutacaq. Slovakiya hökumət nümayəndələrinin Zəfər Günündə Azərbaycanda iştirak etməsi isə siyasi etimadın və dostluğun real təzahürü kimi yüksək qiymətləndirildi. Azərbaycan son illərdə nəqliyyat infrastrukturu və tranzit xətti üzrə yaratdığı imkanlarla artıq qlobal logistik sistemin ayrılmaz hissəsinə çevrilib. Cənab Prezidentin sözləri bunu tam təsdiqləyir: “Bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq”.
Orta Dəhliz Orta Asiyanı Avropaya birləşdirən ən etibarlı marşrut Azərbaycanın üzərindən keçir. Bu fakt Slovakiyanın da daxil olduğu Mərkəzi Avropa regionu üçün yeni iqtisadi imkanlar açır. Azərbaycan bu sahəyə əlavə sərmayələr yönləndirir və növbəti illərdə logistik imkanların daha da genişlənəcəyi gözlənilir. Bu, iki ölkə arasında yeni strateji əməkdaşlıq xəttinin açılmasına şərait yaradır. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm istiqamət rəqəmsallaşma, data mərkəzləri və süni intellekt sahəsində əməkdaşlıq oldu. O, Azərbaycanın bu sahədəki üstünlüklərini belə ifadə etdi: “Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq”. Bundan əlavə Azərbaycanın müxtəlif bölgələrində soyuq iqlim şəraiti, geniş yaşıl enerji layihələri, güclü enerji infrastrukturunun mövcudluğu ölkəmizi beynəlxalq data mərkəzləri üçün ideal məkana çevirir. Slovakiya şirkətləri ilə birlikdə bu sahədə əməkdaşlıq rəqəmsal iqtisadiyyatın yeni mərhələsini formalaşdıracaq.
Prezident İlham Əliyev Slovakiyanın siyasi cəsarətini xüsusi qeyd edib: “Slovakiya müstəqil xarici siyasət aparır. Buna görə müəyyən çətinliklərlə üzləşirsiniz, amma bu, Sizi yolunuzdan döndərmir”. Bu fikirlər Azərbaycanın yalnız iqtisadi sahədə deyil, siyasi baxımdan da Slovakiyaya yüksək ehtiram göstərdiyini sübut edir. Bu dəyərləndirmə həm də göstərir ki, Bakı diplomatik tərəfdaşlığı yalnız iqtisadi maraqlarla deyil, siyasi prinsipiallıqla ölçür. Dekabrın 8-də Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Azərbaycan–Slovakiya münasibətlərinin çoxşaxəli inkişaf xəttini bir daha təsdiqlədi. Bu əməkdaşlığın əsas koordinatları artıq bəllidir. Strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və etibarlı təchizat, müdafiə sənayesində texnoloji əməkdaşlıq, nəqliyyat və Orta Dəhlizin potensialları, rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzləri, siyasi etimad və qarşılıqlı hörmət. Bratislava görüşü Azərbaycan diplomatiyasının Avropa istiqamətində yeni fəslini açdı. Bu, həm ölkəmizin strateji gücünü, həm də Prezident İlham Əliyevin ardıcıl, uzaqgörən və qlobal siyasətin ruhuna uyğun liderlik xəttini bir daha nümayiş etdirir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri