Icma.az
close
up
RU
Siyasi dialoq və qarşılıqlı etimadın təzahürü

Siyasi dialoq və qarşılıqlı etimadın təzahürü

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə münasibətlər xüsusi yer tutur. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistan istisna olmaqla, dövlətimiz bütün qonşuları ilə geniş siyasi, iqtisadi, mədəni əlaqələrə malikdir. Ölkəmiz hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində siyasət aparır. Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Xüsusilə, yeni siyasi-iqtisadi reallıqlar regonal əməkdaşlığın inkişafına böyük töhfələr verir. Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin daha da yüksəldilməsi istiqamətində aparılan siyasət əhəmiyyət kəsb edir”.Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, yeni dövr üçün isə əlaqələrin yeni mərhələdə inkişafına ehtiyac duyulur və bu, hər iki ölkə üçün olduqca böyük dividendlər vəd edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri çərçivəsində mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib ki, “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”. Öz növbəsində İran Prezidenti də bildirib ki, əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş verib: “Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun”.

Samir Vəliyev qeyd edib ki, Azərbaycan öz xarici siyasətini konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt üzrə yürüdür. Bu gün Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla həyata keçirilən siyasətdə İranla strateji tərəfdaşlıq xüsusi yer tutur. İran-Azərbaycan münasibətlərində yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlər əsas götürülür. Eyni zamanda, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı üçüncü dövlətlərin müdaxiləsi yolverilməz hesab olunur. Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir. Təsadüfi deyil ki, İranın 12 dövlətlə quru sərhədləri olsa da, ən etibarlı sərhəd Azərbaycanladır. Vətən müharibəsindən sonra - 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da qonşu ölkə üçün mühüm mesaj idi.
Samir Vəliyev qeyd edib ki, İran Prezidentinin səfəri zamanı keçirilən görüşlərdə təhsil sahəsində də əməkdaşlığın perspektivləri müzakirə mövzusu olub. Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq bu gün hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə, o cümlədən elm və təhsil sahəsində də inkişaf edir. İndiyədək bir sıra ali məktəblər qarşılıqlı olaraq əməkdaşlıq edir. Azərbaycan universitetlərində iranlı tələbələr təhsil alır, elm, təhsil sahəsində təcrübə mübadiləsi aparılır və s. Gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi hər iki ölkə üçün faydalıdır. Çünki elm və təhsildə yeniliklər, innovasiyalar bütün cəmiyyətlər üçün faydalıdır. Bu baxımdan qarşılıqlı əməkdaşlıq Azərbaycan və İran üçün əhəmiyyətlidir.
“Bütövlükdə, İran Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının mesajları, imzalanan sənədlər əlaqələrin daha da inkişafı edəcəyini deməyə əsas verir. Yəni, əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkan yaranıb. Düşünürəm ki, hər iki ölkə bu tarixi imkandan istifadə edərək qonşuluq əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri