Icma.az
close
up
RU
Qarslı iş adamları Azərbaycana səfər edəcəklər

Qarslı iş adamları Azərbaycana səfər edəcəklər

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qars Ticarət və Sənaye Palatası, regional ticarətin və investisiya imkanlarının inkişafı məqsədilə mühüm bir addım atır. 26-30 noyabr 2024-cü il tarixləri arasında keçiriləcək Bakı işgüzar səfəri ilə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi hədəflənir. Təşkilatdan xalqcəbhəsi.az-a verilən məlumata gör, İdarə Heyətinin sədri Kadir Bozanın rəhbərliyi ilə 18 iş adamından ibarət heyət, Bakıda Azərbaycan iş dünyasının nümayəndələri ilə görüşəcək: “Bu strateji səfər çərçivəsində Qarsın ticarət potensialı, investisiya imkanları, yerli məhsulları və güclü iqtisadi quruluşu təqdim olunacaq”.
Heyət, Bakıda keçiriləcək görüşlər və müzakirələr vasitəsilə Azərbaycan iş dünyasının Qarsa investisiya etməsi üçün yeni qapılar açmağa çalışacaq. Eyni zamanda, Bakının investisiya mühiti dəyərləndiriləcək və iki şəhər arasında davamlı əməkdaşlıqların qurulması əsas hədəflərdən biridir.
Bakı-Tbilisi-Qars Dəmiryolu Xətti ilə Yeni Üfüqlər
Heyət, Bakı ilə Qarsı strateji olaraq birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) Dəmiryolu Xəttinin iki şəhər arasında ticarət və turizm potensialını artırmadakı rolunu da dəyərləndirəcək. Xüsusilə bu xəttin logistik xərcləri azaldaraq bölgədəki ticarəti daha rəqabətli hala gətirdiyi vurğulanacaq.
BTQ Dəmiryolu yalnız Qars və Bakı arasında məhsul axınını sürətləndirmir, həm də Avropa ilə Asiyanı birləşdirən bu xətt vasitəsilə turizm sektorunda yeni əməkdaşlıq imkanları yaradır. Heyət, bu potensialın həm ticarət, həm də turizm layihələri ilə daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürəcək.
İqtisadi Əməkdaşlıqlar Müzakirə Olunacaq
Heyət, Bakıda müxtəlif sektorlardan olan investorlarla görüşərək kənd təsərrüfatı, heyvandarlıq, logistika və turizm kimi sahələrdə ortaq layihə imkanlarını müzakirə edəcək. Xüsusilə Qarsın coğrafi işarəli məhsulları arasında olan qravye pendiri və qaz əti kimi yerli ləzzətlərin beynəlxalq bazarlara çıxarılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Bundan başqa, Bakının müasir sənaye bölgələri və logistik infrastrukturu araşdırılaraq qarşılıqlı ticarət həcminin artırılmasına yönəlik addımlar atılacaq.
İki Şəhər Arasında Ticarət Körpüsü
İdarə Heyətinin sədri Kadir Bozan səfərlə bağlı bunları bildirib: “Bakı və Qars arasında uzun müddətdir gözlənilən ticari əməkdaşlığı həyata keçirmək üçün həyəcanlıyıq. Məqsədimiz yalnız iki şəhər deyil, iki ölkə arasında da möhkəm bir ticarət körpüsü qurmaqdır. Bakı-Tbilisi-Qars Dəmiryolu Xətti kimi strateji layihələrlə bu hədəfi daha da irəliyə daşımağı planlaşdırırıq. Qarsın iqtisadi vizyonunu Bakıya təqdim edərkən, Bakının investisiya potensialını bölgəmizə qazandırmaq üçün də bir fürsət əldə edəcəyik.”
Medianın Marağı Böyükdür
Azərbaycanın milli və yerli media orqanlarının da yaxından izləyəcəyi bu səfər, Qars və Bakı arasındakı ticari əlaqələrin gücləndirilməsində tarixi bir addım kimi qiymətləndirilir. İş dünyasının aparıcı nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək bu təşkilat, yalnız iqtisadi deyil, mədəni əlaqələrin də möhkəmlənməsinə şərait yaradacaq.
Səfər sonrası ediləcək dəyərləndirmələr işığında, Qars və Bakı arasında yeni iş əlaqələrinin qurulması, ticarət həcminin artırılması və ortaq layihələrin həyata keçirilməsi gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri