Qarslı din xadimi: Qarabağda gördüklərimi cəmiyyətimizə çatdıracam
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 sentyabr, AZƏRTAC
Qarsdan gəlmişəm. Qarsın Akyaka rayonunun Esenyayla kəndində fəaliyyət göstərirəm. Bu, Azərbaycana ilk səfərimdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyədən gələn din xadimi Yüksel Utar söyləyib.
O qeyd edib ki, Azərbaycana gəlməyi uzun illərdir arzulayır: "Azərbaycana gəlib burada olan mühüm tarixi məkanları, muzeyləri, məscidləri, ibadət yerlərini və ziyarətgahları görmək, ziyarət etmək istəyirdim. Rəbbim bu günləri bizə nəsib etdi. Vaxtilə Ermənistanın işğalında olmuş torpaqları gedib görmək, onların törətdikləri zülmün və qətliamların izlərini öz gözlərimizlə müşahidə etmək və bu həqiqətləri öz ölkəmizdə, öz cəmiyyətimizə çatdırmaq fürsətimiz olacaq. Buradan qayıtdıqdan sonra yaşadıqlarımızı, gördüyümüz gözəllikləri və əldə etdiyimiz təəssüratları öz cəmiyyətimizlə bölüşəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Sentyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















