Icma.az
close
up
RU
Qaşınmayan yerdən qan çıxaranlar...

Qaşınmayan yerdən qan çıxaranlar...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hərə bir tərəfdən cəmiyyəti dağıtmağa çalışır, ya mənə belə gəlir. Məsələn, biri əqidli dindardır, durmadan dindarlığını gözə soxur, o birisi əqidəli ateistdir, gündə üç dəfə yeməkdən sonra Allahın varlığını inkar edir.

Nə xəbərsiniz?!

İnanclısan, lap yaxşı, inancsızsan, çox gözəl. Gedin, sakitcə oturun, inancınızı, inancsızlığınızı yaşayın. Bu aqressiyadır, bir-birinizə və topluma püskürürsünüz?! Sənin dindarlığından bizə nə?! Sənin dinsizliyindən bizə nə?! Niyə sosial mediada, yəni sosial mühitdə qırğın salıb, bir-birinizi aşağılayırsınız, hətta hədələyirsiniz?! Müzakirə etmək olar, lap mübahisə də etmək olar (bunlar təbiidir, hətta faydalıdır), ancaq həddi, mənəvi sərhədləri, "qırmızı xətt"ləri keçmək olmaz.

Yeni nəsillər "rəqəmsal kapitalizm" formasiyasından doğulub, göbəkləri sosial mediada kəsilib, süni intellektlə böyüyür. Uşaqlar belə daxil, bütün millət onlayndır; Dünyanı barmağının ucunda... fırladır.

Bəs bizim onlara təklif elədiyimiz, hətta təkidlə təlqin elədiyimiz nədir?!

Dəyərlərin dəyərsizləşdirilməsi, insanların bir-birini təhqir etməsi, bir-birinə qarşı qəzəb, aqressiya püskürməsi, zorakılığa mənəvi legitimlik qazandırmaq cəhdi...

Koroğluya hərəmiz bir cür yanaşarıq; qəhrəmanmış, qəhrəman deyilmiş. Onsuz da mifik obrazdır; mifin nəyindən mədəd umacam?! Mənimlə eyni dövrdə yaşamış şəhidlər var, mənimlə eyni dövrdə yaşayan qazilər var: mən qəhrəman sarıdan korluq çəkmirəm. Nə qədər desən, müsbət örnək alacağım, mənəvi güc alacağım qəhrənanlarım var. Koroğlu bu qəhrəmanlara çoxdan uduzub. Mən belə düşünürəm. Bunu qoyaq bir tərəfə. Məgər bu saat bizim problemimiz Koroğlunun cinsi orientasiyasıdır ki?! İndi iş-gücümüzü atıb, bunu müzakirə etməliyik?! Nə edəcəyik: Koroğlunu tibbi ekspertizaya göndərəcəyik?! Bu nə ucuz söhbətlərdir?! Yaxud etnik azlıqlarla bağlı söhbətlərə gələk. Bir siyasətçi Azərbaycandakı etnik azlıqlardan birinin adı ətrafında ajiotaj yaradıb, bir dəstə də qoşulub ona, aləm dəyib bir-birinə. O biri siyasətçi də götürüb, 2019-cu ilin siyahıyaalmasının nəticələrini - Azərbaycanda hansı milliyyətə mənsub insanların nə qədər olduğuna dair statistikanı paylaşıb. O saat bir dəstə də bu yandan çıxıb , deyir ki, onun mənsub olduğu xalqın sayını az göstəriblər...

Siz Allah heç bunların yeridir?! Niyə ortalığı qarışdlrırsınız, xanımlar və bəylər?! Qaşınmayan yerdən qan çıxarmaq bizə lazım deyil axı. Belə şeylər etməyin. Etnik, dini və sair fərqləri siyasətin, ictimai müzakirələrin mərkəzinə gətirib, cəmiyyətə çat salmaq, yaxud varsa, o çatları dərinləşdirmək doğru deyil. Bunları dayandırın, Allah və millət xatirinə.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see269

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see261

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see254

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see248

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see236

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see235

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see230

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see226

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see220

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see217

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see204

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see202

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see197

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see195

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see195

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see193

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri