Icma.az
close
up
RU
Teatrı KİV “səhnə”sinə çıxaranlar

Teatrı KİV “səhnə”sinə çıxaranlar

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Mətbuatımızın 150 illiyi ərəəsində Azərbaycan Teatr Xadimləri Ittifaqında mədəniyyəti, o cümlədən teatrı təbliğ edən jurnlistlərlə keçirilən görüş əsryarımlıq bir ənənənin davamı kimi xarakterik idi. Məlum olduğu kimi, hələ 1873-cü ildə gələcək “Əkinçi”nin yaradıcısı Həsən bəy Zərdabi və gimnaziyada onun şagirdi olan 19 yaşlı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnələşdirilmiş, Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulmuşdur. Elə buna görə də mətbuat təmsilçiləri Teatr Xadimləri Ittiaqına doğma ünvan kimi təşrif gətirmişdilər.

Səmimi ovqatda keçən görüşdə yaradıcı qurumun sədri – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov jurnalistləri salamlayaraq, mətbuatla teatrın sıx bağlılığından bəhs etdi, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 1875-ci ildə “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verən və məsləhətini bildirənlərdən olduğunu xatırlatdı. O, bu gün teatrla mətbuatın əlaqələrinin daha da dərinləşdiyini vurğuladı və bunu ilk növbədə görüşə toplaşmış jurnalistlərin xidməti kimi dəyərləndirdi.

Hacı İsmayılov və müavinləri – “Şöhrət” ordenli Xalq artisti, Dövlət mükafatı Laureatı İlham Namiq Kamal, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov başlıca mövzusu mədəniyyət olan mətbuat nümayəndələrinə ən xoş arzularını bildirdilər. Sonra bir qrup jurnalistə, o cümlədən “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlıya “Teatrın dostu” diplomları, digərlərinə fəxri fərmanlar verildi. Teatr Xadimləri İttifaqının mətbuatla sıx əməkdaşlıq edən təmsilçiləri – mədəniyyətşünas Aida Qafarova və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu da bu diqqətdən kənarda qalmadılar. Eyni zamanda, sırf səhnə sənətindən yazan jurnalistlər – Gülcahan Mirməmməd, Həmidə Rüstəmova və Samirə Behbudqızı ittifaqın təsis etdiyi “Teatr fədaisi” medalı ilə təltif olundu. Jurnalistlər göstərilən diqqətə və dəyərə görə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan birində böyük dramaturq Hüseyn Caviddən yerinə düşən sitat da gətirildi: “Turana qılıncdan daha kəskin, ulu qüvvət – Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”!

Unudulmaz anların yaşandığı görüşün sonunda xatirə fotoları çəkildi.   

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri