Icma.az
close
up
RU
Qatar 15 dəqiqə tuneldə qalıb? Metropolitendən CAVAB

Qatar 15 dəqiqə tuneldə qalıb? Metropolitendən CAVAB

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Keçən gün qatardakı texniki nasazlıqla bağlı Bakı metrosunda uzun müddətli yubanma halları qeydə alınmışdı. 

Bu gün isə sosial şəbəkələrdə Bakı metrosunda qatarın 15 dəqiqə civarında tuneldə qalması ilə bağlı xəbərlər yayılıb. 

“Cebheinfo.az”-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov yayılan xəbərləri təkzib edib. O bildirib ki, bu gün də sıxlıq olub, lakin dünənki kimi olmayıb: 

“Bu gün dünənlə müqayisədə nisbətən sakit və rahatlıq olub. Dünən həqiqətən də ifrat həddə yaxın sıxlıq vardı. Bu, xüsusi sıxlıq təkcə ənənə üzrə olan “Koroğlu” və “20 Yanvar” stansiyalarında deyildi. Dünən elə stansiyaların sayı kifayət edər çox idi. 

Ümumiyyətlə, bir sıra stansiyalarda son dövrlərdə sərnişin sayı kifayət qədər çoxalıb və təbii ki, qatara minib-düşmə zamanı sərnişinlər çətinlik çəkirlər. Dünən stansiyalarda 2, 3 hətta 4 dəqiqəyə çatan yubanmalar olurdu. 30 saniyəyə qatar sərnişini düşürüb, mindirib, yola düşməlidir. 

Lakin 2 dəqiqə və ya 2 dəqiqə 30 saniyə civarında yubanmalar qeydə alınmışdı. Amma bu gün elə deyildi. Bu gün əsasən 1 dəqiqə və ya dəqiqə yarım yubanma olub. Belə olanda maksimum problemləri aradan qaldırmaq olur”. 

O bildirib ki, ay ərzində iki dəfə xəttə buraxılan diaqnostika qatarı da müəyyən yubanmalar yaradır: 

“Saat 10-dan diasnostika qatarı xəttə çıxıb. Diaqnostika qatarı ay ərzində iki dəfə xəttə çıxır. O, bütün yaşıl qırmızı xətlərdə, hətta “Cəfər Cabbarlı”, “Xətai” də daxil olmaqla yoxlanış həyata keçirir. Bu da metropolitendə həm sərnişin, həm hərəkət təhlükəsizliyi, həm də infrastrukturun tam yoxlanması üçün vacibdir. Saat10-dan sonra bu qatarın özünün hərəkət qrafiki var. 

Bunlar hamısı metropoliten infratrukturunu, onun etibarlılığını və dözümlülüyünü yoxlamaq üçündür. Bu, xəttə müəyyən yubanma verir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri