Qatar tuneldə qaldı Metropolitendən açıqlama
News24 saytına istinadən Icma.az xəbər verir.
Bu gün səhər saatlarında metronun “Elmlər Akademiyası” və “28 May” stansiyalarında qatar tuneldə qalıb.
News24.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bunun metroda intervalın azalması ilə bağlı olduğunu deyib.
“Bəzi günlərdə sərnişin sıxlığının tənzimlənməsi ilə bağlı belə hallar müşahidə edilir. Problem əsasən, “Dərnəgül” – Nizami” sahəsində qeydə alınır. Sıxlıq olanda, sərnişinlər hüdud xəttini keçəndə və ya qapını tutub saxlayanda ləngimələr olur. “İnşaatçılar” – “Nizami” sahəsi mailli olduğundan, burada qatar stansiyanı tərk etməmiş digər stansiyada qatar hərəkət edə bilmir. Bu səbəbdən həmin istiqamətlərdə cüzi ləngimələr qeydə alınır. Bunun bütün xəttə təsir etməməsi üçün tənzimləmə işləri aparılır”, - Bəxtiyar Məmmədov bildirib. (Qafqazinfo)


