Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Qatarlar 32 ildən sonra Ağdama qayıtdı

Qatarlar 32 ildən sonra Ağdama qayıtdı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dəmir yolu və Avtovağzal kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyata əlçatanlığı cavablandırır

Xəbər verildiyi kimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib. Açılış tədbiri çərçivəsində Bərdə – Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, Bərdə – Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunan kompleks 8 hektara yaxın ərazini əhatə edir. Bu mühüm infrastruktur obyektində bütün zəruri otaqlar, eləcə də gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.

Bildirilib ki, kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Yeri gəlmişkən, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub. Platformanın uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulmuş strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam rayonunun sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə, bütövlükdə, Böyük Qayıdışa mühüm töhfə verəcək.

Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə –Ağdam və Horadiz – Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Ölkəmizin Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi bölgəni yük axınlarının toplanması, çeşidlənməsi və paylanması üçün əlverişli məkana çevirir. Ağdam Dəmir Yolu və Vağzal Kompleksi kimi infrastruktur obyekti, logistik mərkəzlər həm yerli istehsalın genişlənməsinə, həm də beynəlxalq ticarətin inkişafına təkan verəcək. Eyni zamanda, bu kompleks Qarabağ regionunun mühüm nəqliyyat mübadilə mərkəzinə çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri