Qatarlara 21 dəfə daş atılıb VİDEO
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yollarının hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.
Bakıvaxtı.az ADY-yə istinadən xəbər verir ki, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.
"Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər,"- qurumun məlumatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















