Qatarlara daş atanlarla bağlı ADY dən xəbərdarlıq: 6 ayda 21 hadisə
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk altı ayında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.
ADY-dən Redaktor.az-a verilən məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, həm sərnişinlərin, həm də qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.
Qurum bildirib ki, bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunurlar. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
ADY valideynlərə müraciət edərək övladlarını dəmir yolu ətrafında təhlükəli davranışlardan çəkindirməyə və onlarla təhlükəsizlik qaydaları barədə maarifləndirici söhbətlər aparmağa çağırıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 İyul 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















