Icma.az
close
up
RU
Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açıb

Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Ölməz” tamaşası ilə açıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı 57-ci mövsümünün açılışını yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası ilə edib.

AZƏRTAC xəbər verir ki, tamaşadan öncə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov 44 günlük Vətən müharibəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan bəhs edib, həmçinin teatrın yaradıcılıq yoluna dair qısa məlumat verib.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, övladları Vətən müharibəsində şəhid olmuş analar, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin tanınmış simaları, həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.

Daha sonra “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” tamaşası nümayiş olunub. Səhnə əsərinin müəllifi yazıçı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edib.

Tamaşada Milli Qəhrəman Natiq Qasımovun igidliyi, vətənpərvərliyi və fədakarlığı səhnə təcəssümünü tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması, Xocalıda girov götürülən 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq tamaşaçılara böyük təsir bağışlayıb.

Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. Lakin son anına qədər Azərbaycan bayrağını düşmənə təslim etməyib. Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri