Qax Kukla Teatrı Yeni il günlərində uşaqlar üçün bayram proqramı təqdim edəcək
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qax Dövlət Kukla Teatrı Yeni il bayramı münasibətilə uşaqlar üçün əyləncəli tamaşa-kompozisiya hazırlayıb.
Bu barədə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib. Onun quruluş verdiyi bayram proqramının rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı isə Nicat Fətəliyevdir.
Proqramın əvvəlində Şaxta baba və Qar qız uşaqları Yeni il münasibətilə təbrik edəcək, onlarla birgə rəqs edib əylənəcəklər. Daha sonra uşaqlar italyan yazıçısı Karlo Kollodinin “Pinokionun sərgüzəştləri” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxacaqlar. Tamaşanın məşqləri artıq başa çatıb və yaxın günlərdə ictimai baxış keçiriləcək.
Baş rejissorun sözlərinə görə, teatrda Yeni il şənlikləri 28–30 dekabrda və 1–5 yanvar tarixlərində davam edəcək.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















