Qaya uçqununa görə bağlanan Quba Qonaqkənd yolu açılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Quba , 19 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba-Qonaqkənd yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 19-u səhər saatlarında Quba-Qonaqkənd avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsində yolun hərəkət hissəsinə qaya parçaları düşüb.
İri qaya parçası "Təngə dərəsi" adlanan turizm ərazisindən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə Quba rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub.
Qaya parçaları xüsusi texnikalar vasitəsilə kiçik hissələrə bölünərək ərazidən kənarlaşdırılıb. Yolda avtomobillərin maneəsiz hərəkəti qismən təmin edilib. Hazırda yolun təmizlənməsi davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















