Quba Qonaqkənd yolunda son vəziyyət açıqlandı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Quba-Qonaqkənd yolunda son vəziyyət açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov “Yeni Sabah”a bildirib ki, hazırda ərazidə alternativ yolun çəkilməsi istiqamətində intensiv işlər aparılır.
Onun sözlərinə görə, əhalinin ehtiyaclarının ödənilməsi üçün İcra Hakimiyyəti tərəfindən lazımi işlər görülür:
“Əhalinin ərzaq ehtiyaclarının təmin olunması üzrə işlər aparılır, ərzaq daşınır. Aparılan işlər və yol nəzarətdə saxlanılır. Yaxın vaxtlarda yolun istifadə veriləcəyi gözlənilir”.
Qeyd edək ki, aprelin 11-də yağan intensiv yağışlar nəticəsində Quba-Qonaqkənd kəndi istiqamətində torpaq sürüşməsi nəticəsində bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 15 Aprel 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















