Icma.az
close
up
RU
Qayadan çıxan şəfa: Masallının məşhur istisuyu VİDEO

Qayadan çıxan şəfa: Masallının məşhur istisuyu VİDEO

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Masallı, 21 avqust, İlkin Adıyev, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Masallının istisuyu.

Masallı ölkəmizin füsunkar təbiəti ilə seçilən bölgələrindən biridir. Dağları və meşələri ilə tanınan bu diyar müalicəvi suları baxımından da xüsusi əhəmiyyət daşıyır.

Rayon mərkəzinin 13 kilometrliyində yerləşən məşhur İstisu dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının ətəyindəki qayalıqlardan qaynayır. Yerli əhali qədim dövrlərdən həmin sudan müalicəvi məqsədlərlə istifadə edir.

İstisuyun sağlamlıq baxımından faydalı olduğu ilk dəfə elmi şəkildə XX əsrin 60-cı illərində sübut edilib. Masallıdan olan alim Mirkazım Aslanlı-Sarəng həmin suyun tərkibini araşdıraraq, onun bir çox xəstəliyin müalicəsində səmərəli vasitə olduğunu elmi faktlarla əsaslandırıb. Onun kəşfi böyük maraq doğurub və sonralar alimlər həmin əraziyə gələrək tədqiqatlar aparıblar və suyun tərkibi barədə nəticələri təsdiqləyiblər.

Elm adamları bildirirlər ki, istisu revmatizm, oynaq ağrıları, artroz, psoriaz, dermatit, neyrodermit, mədə-bağırsaq, böyrək və sidik yolları xəstəlikləri, həmçinin radikulit, prostatit, hipertoniya, qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində faydalıdır.

Xüsusilə yay mövsümündə İstisu yerli və xarici turistlərin maraq göstərdiyi müalicəvi məkanlardan biridir. Qayalardan çıxan isti su borular vasitəsilə ərazidəki hovuzlara yönəldilir. Suyun istiliyi 60 dərəcəyə qədər yüksəldiyi üçün onunla təmasın 15 dəqiqədən artıq olması tövsiyə edilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri