Icma.az
close
up
RU
Qayda, qanun və ərazi bütövlüyü Azərbaycanın zəfər salnaməsi

Qayda, qanun və ərazi bütövlüyü Azərbaycanın zəfər salnaməsi

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


1993-cü ildə Heydər Əliyev parlament iclasında belə bir ifadə işlətmişdi: “Populist çıxışların vaxtı deyil, qanun-qayda vaxtıdır.” Populist siyasətin dövlətə fəsadları çoxdur. Qısa müddətə hesablanan siyasi texnologiya olaraq siyasətşünaslar bundan istifadə etsələr də, uzunmüddətli nəticələri dövlətçilik üçün olduqca təhlükəlidir. Bu siyasətin həm iqtisadi, həm də siyasi fəsadları var. Xalq–elita qarşıdurması üzərində qurulan populist davranış cəmiyyətdə parçalanmaya gətirib çıxarır, demokratik normaları pozur və uzunmüddətli dövlət strategiyasına ciddi zərbə vurur. Cəmiyyətdə rasional düşüncəni zəiflədir, insanları sadəlövh vədlərlə manipulyasiya edir. Xarici siyasətdə isə populist yanaşma sabitliyi pozmağa hesablanır, ictimai və milli həmrəyliyi zəiflədir. İndi sual yaranır: niyə siyasətşünas populistlər bundan istifadə edirlər? Məqsəd nədir? dövləti zəiflətməkmi, xaos yaratmaqmı, yoxsa şəxsi ambisiyalarını həyata keçirərək dövlət maraqlarını qurban verməkmi?
Dövləti proteksionizmə və izolyasiyaya sürükləmək istəyənlər qlobal əməkdaşlığa zərbə vurur, sivil dünyaya inteqrasiyanı isə qaratikanla çəpərləməyə çalışırlar. Halbuki qayda və qanun dövlət idarəçiliyində sabitlik və ardıcıllıq yaradır, qanunsuzluqla mübarizəni gücləndirir, vətəndaşların inamını möhkəmləndirir, beynəlxalq aləmdə isə dövlətin imicini və etibarlılığını artırır.
Biz qayda qanun yaratmaqla bunlara Nail olmuşuq. Cənab İlham Əliyev hüquqa söykənən idarəçilik modelini gücləndirməklə hüquqi dövlət prinsipini möhkəmləndirdi və hüquqi nizam əsasında uzunmüddətli sabitlik yaratdı.
Rasional düşüncənin faydalarını institusional idarəetmə ilə tətbiq etməsi isə cəmiyyətin əksər təbəqəsində üstünlük qazanmağa gətirib çıxardı.
Ən əsası isə, ərazi bütövlüyümüz bərpa olundu. Torpaqlarımızı işğal etmiş vandallar Azərbaycan qanunları qarşısında istintaqa cəlb edildi. Antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün suveren ərazilərində bayrağımız əzəmətlə dalğalandı, separatizmə isə son qoyuldu. Bu, Ali Baş Komandanın həm siyasi, həm də hərbi strategiyasının parlaq təntənəsi idi.
Erməni quldurlarını Yevlaxa gəlməyə məcbur etdi. Bu addım, siyasi mənada, millətimizin və dövlətimizin qüruruna xələl gətirməyə çalışanların çirkin ideologiyasını əbədi olaraq dəfn etdi. Bu gün artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azadlıq günü Azərbaycanda böyük qürur və iftixar hissi ilə qeyd olunur. Populist siyasətçilər heç zaman Xankəndinin Azərbaycan torpağı olduğuna inanmırdılar. Onlar inanmırdılar ki, böyük dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev ərazi bütövlüyümüzü tam bərpa edəcək.
Lakin qayda və qanunun aliliyi, beynəlxalq hüquq prinsipləri, şanlı Ordumuzun gücü və qətiyyətli, çevik, dəqiq diplomatiyamız sayəsində bu gün torpaqlarımız azaddır.
Bu azadlıq yalnız Azərbaycanın deyil, bütövlükdə regionun və sivil düşünən dünya dövlətlərinin azadlığıdır.
Bütün insanların qəlbində yandırılan bu istiqlal çırağı əbədi olaraq yanacaq. O çıraqları söndürməyə cəhd edənlər, əslində hansı xəyanətin üstündə oturduqlarının fərqindədirmi? Təəssüf ki, hələ də yox. Dəvətlərlə fəxr edənlər! Siz bu uğurlarla fəxr etmək imkanını, bu dəyərləri niyə öz içinizdə məhv etdiniz? Axı siz də bu dövlətdə yaşayırsınız, sizdən əvvəlkilər də, sizdən sonrakılar da bu dövlətdə yaşayıb və yaşayacaq.
Milli və dövlət məsələlərində emosional manipulyasiyaları davam etdirməyin, çünki oturduğunuz xəyanət ağacının kökünü İlham Əliyev kəsib. Boşluqda qalmayın özünüzə, cəmiyyətə və dövlətə xeyir verən məkan seçin.
Qüdrətli Azərbaycan! Suverenliyiniz və zəfəriniz mübarək! Bu zəfər xalqımızın birlik, iradə və fədakarlığının nəticəsidir. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı isə əbədi olaraq yaddaşımızda yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları qarşısında baş əyirik. Qazilərimizə isə sağlamlıq, uzun ömür və səbr arzulayırıq. Onların qəhrəmanlığı bu xalqın yaddaşında əbədi yaşayacaq.
Ramil Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri