Qaydalardan xəbərsiz qadın sürücü baş yoldakı avtomobilə çətin anlar yaşatdı VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 29-da saat 13:06 radələrində qeydə alınıb. Belə ki, 90-GB-746 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Kadrdan göründüyü kimi, o, yol nişanına və baş yoldan gələn avtomobilə fikir vermədən hərəkət edib. Yaxınlaşmaqda olan maşını son anda görən qadın sürücü daha sonra dayanıb. Lakin o, baş yola çıxdığı üçün həmin istiqamətdə hərəkətdə olan sürücüyə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən təhlükəylə üz-üzə qalan sürücü ehtiyatlı davranıb. O, hərəkət sürətini və hərəkət istiqamətini dəyişərək baş verəcək qəzanın qarşısını alıb.
Qeyd edək ki, sürücü tam şəkildə yolayrıcına daxil olmasa belə qayda pozmuş hesab olunur. Bu davranışı yol verməməyə bərabərdir. Belə sürücülər baş yoldakı avtomobillərin hərəkətinə əngəl olmaqla yanaşı qəza riskini də xeyli artırırlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 30 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















