Yol kənarından çıxan sürücü motosikletçiyə çətin anlar yaşatdı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Yolun kənarından hərəkətə başlayan 50-EU-861 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü yaxınlaşan motosikletə diqqət yetirmədən yola çıxıb və onun üçün qəza şəraiti yaradıb. Təhlükəni görən motosikletçi dəfələrlə siqnal verərək sürücünü xəbərdar edib, lakin qayda pozan sürücü buna məhəl qoymayıb. Xoşbəxtlikdən motosikletçi vaxtında sola manevr edərək qəzanın qarşısını alıb.
Xatırladaq ki, sürücü yol kənarından hərəkətə başlamazdan əvvəl mütləq yaxınlaşan nəqliyyat vasitələrinə diqqət yetirməli, qarşı tərəfin hərəkətinə mane olmamalı və hər zaman təhlükəsizliyi prioritet saymalıdır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 24 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















