Icma.az
close
up
RU
Qayğıkeş insan, alim, ictimai xadim

Qayğıkeş insan, alim, ictimai xadim

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İnsan ömrünün mənası, dəyəri yaşanan illərlə deyil, elmə, sənətə, təhsilə və cəmiyyətə bəxş olunan töhfələrlə ölçülür. Elə insanlar var ki, onların düşüncə tərzinə, yaradıcı enerjisinə və elmə münasibətindəki fədakarlığa heyran qalmamaq mümkün deyil. Onların ömür yolu şəxsi uğurların deyil, bütövlükdə, bir elm və mədəniyyət mühitinin inkişaf tarixinin mühüm səhifələrini əks etdirir.

Fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və innovasiya məsələləri üzrə prorektoru Gülnaz Abdullazadə də respublikamızın elm və mədəni həyatında özünəməxsus yeri olan  şəxsiyyətlərdəndir. Onun çoxşaxəli fəaliyyəti musiqişünaslıq, fəlsəfə, estetika, pedaqogika və bəstəkarlıq kimi müxtəlif sahələrin qarşılıqlı əlaqəsi zəminində formalaşmışdır. Gülnaz Abdullazadə elm və sənətin bir-birindən ayrılmaz olduğunu öz yaradıcılıq və elmi fəaliyyəti ilə nümayiş etdirən alimlərdəndir.

Gülnaz Abutalıb qızı Abdullazadə 7 sentyabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun peşəkar yaradıcılıq yolunun ilkin mərhələsi Bülbül adına orta ixtisas məktəbi ilə bağlı olmuş,1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirmişdir. Görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olması onun musiqi təfəkkürünün və bəstəkarlıq dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. 

Gülnaz Abdullazadənin elmi-pedaqoji fəaliyyətə 1963-cü ildən başlamış və sonrakı onilliklər ərzində inkişaf etdirmişdir. 1976–1979-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin estetika kafedrasında aspirantura təhsili alması onun elmi dünyagörüşünün formalaşmasında mühüm mərhələ olmuşdur. Musiqi sənətinə bəstəkar mövqeyindən yanaşan Gülnaz Abdullazadə sonralar bu sənətin fəlsəfi və estetik mahiyyətinin araşdırılmasına da böyük maraq göstərmişdir. Beləliklə, onun yaradıcılığında musiqi yalnız səslər sistemi və bədii ifadə vasitəsi kimi deyil, həm də insanın mənəvi dünyasını, düşüncəsini və cəmiyyətlə münasibətini əks etdirən mürəkkəb fəlsəfi-estetik hadisə kimi dəyərləndirilmişdir.

O, “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili (Şərq-Qərb kontekstində)” mövzusunda fəlsəfə elmləri doktorluq tədqiqatı onun musiqi mədəniyyətinə tarixi və fəlsəfi aspektdən yanaşmasının mühüm göstəricisidir. Bu elmi istiqamət Şərq və Qərb musiqi mədəniyyətinin qarşılıqlı əlaqəsini, onların tarixi inkişaf xüsusiyyətlərini və estetik düşüncənin formalaşmasında musiqinin rolunu daha geniş müstəvidə nəzərdən keçirməyə imkan vermişdir. 1992-ci ildə professor elmi adını alması isə onun uzunmüddətli elmi fəaliyyətinin məntiqi nəticəsi olmuşdur.

Gülnaz xanımın adı Azərbaycan musiqişünaslığında muğamların fəlsəfi mahiyyətinin araşdırılması istiqamətində aparılan tədqiqatlarla xüsusi şəkildə bağlıdır. Bu istiqamət milli musiqi irsimizin yalnız musiqi-nəzəri baxımdan deyil, həm də fəlsəfi-estetik müstəvidə dərk edilməsinə mühüm imkanlar açmışdır.

Alimin elmi irsi onun çap olunmuş kitab və monoqrafiyalarında daha geniş şəkildə öz ifadəsini tapmışdır. Elmi əsərləri və monoqrafiyalarda müəllif müxtəlif mövzulara alim, filosof və publisist mövqeyindən yanaşaraq musiqi sənətinin insan və cəmiyyət həyatındakı rolunu geniş şəkildə araşdırmışdır. “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti”, “Musiqi sənətinin fəlsəfi mahiyyəti”, “Musiqi, insan, cəmiyyət”, “Azərbaycan fəlsəfəsi”, “Qədim və orta əsrlərin musiqi mədəniyyəti”, “Hegelin musiqi estetikası”, “Beynəlxalq muğam simpoziumu”nun II buraxılışı, “Azərbaycan bəstəkarlarının uşaq mahnıları” antologiyası, “Azərbaycan xalq rəqsləri” – fortepiano üçün işləmələr kimi nəşrlər onun elmi və yaradıcılıq fəaliyyətinin genişliyini əks etdirən mühüm əsərlər sırasındadır.

Alimin elmi fəaliyyəti Azərbaycanla məhdudlaşmır. Gülnaz Abdullazadə müxtəlif illərdə beynəlxalq və respublika miqyaslı simpozium, konfrans və qurultaylarda fərqli mövzularda məruzələrlə çıxış etmişdir. Beynəlxalq elmi-mədəni tədbirlərdə iştirak onun elmi baxışlarının müxtəlif ölkələrin tədqiqatçıları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində inkişafına imkan yaratmışdır. Eyni zamanda Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə muğam və xalq musiqisinin elmi və fəlsəfi aspektlərinin beynəlxalq elmi mühitdə təqdim olunması baxımından da bu fəaliyyət mühüm əhəmiyyət daşıyır. 

Gülnaz Abdullazadənin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmır. Onun bəstəkar kimi yaradıcılığı mövzu, forma və janr baxımından rəngarəngliyi ilə diqqəti cəlb edir. “Uşaq albomu”, fortepiano variasiyaları, pyeslər, Azərbaycan xalq mövzuları əsasında yazılmış 15 vokaliz, simli kvartet, fortepiano triosu, simfoniya, fortepiano üçün “Prelüdiya” və “Sonatina”, Azərbaycan və rus şairlərinin sözlərinə bəstələnmiş mahnı və romanslar onun bəstəkarlıq irsinin müxtəlif istiqamətlərini nümayiş etdirir.

Gülnaz Abdullazadənin şəxsiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də elmi fəaliyyəti pedaqoji aspektdən üzvi şəkildə əlaqələndirməsidir. O, həm də gənc alimlərin yetişməsinə istiqamət verən müəllim və elmi rəhbər kimi fəaliyyət göstərir. Radio dalğalarında, televiziya proqramlarında və müxtəlif mədəni tədbirlərdə çıxışları onun elmi düşüncəsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Lakin onun ən mühüm xidmətlərindən biri, şübhəsiz ki, elmi fəaliyyətə yeni başlayan gənc tədqiqatçıların formalaşmasına göstərdiyi diqqət və qayğıdır.

Elmin astanasında dayanan gənc tədqiqatçının ilk addımları çox zaman onun sonrakı elmi taleyini müəyyənləşdirir. Bu baxımdan elmi rəhbərin verdiyi istiqamət, yaratdığı inam və göstərdiyi mənəvi dəstək xüsusi əhəmiyyət daşıyır. Gülnaz Abdullazadənin pedaqoji fəaliyyətində də məhz bu yanaşma özünü göstərir. Onun rəhbərliyi və xeyir-duası ilə bir sıra gənc alimlər müstəqil elmi yaradıcılıq yoluna qədəm qoymuşlar. Bu tədqiqatçılar arasında xarici ölkə vətəndaşlarının da olması onun elmi-pedaqoji fəaliyyətinin coğrafi miqyasının genişliyini göstərir. Türkiyə, İordaniya və Almaniyadan olan tədqiqatçıların onun rəhbərliyi altında apardıqları elmi araşdırmalar bu əməkdaşlığın nəticələrindən biridir. Meyser Kayanın “Azərbaycan və türk xalq mahnılarının müqayisəli təhlili”, Çayır Kadırın “Orta Anadolu bölgəsindəki Çankırı və Akşehir Yaran məclislərində ifa olunan musiqinin müqayisəli təhlili” mövzularında apardıqları tədqiqatlar buna nümunədir.

Bakı Musiqi Akademiyasında təhsil aldığım illərdən Gülnaz xanımı tanıyıram. İllər keçdikcə bu tanışlıq, sadəcə, müəllim-tələbə münasibətləri çərçivəsində qalmamış, elmi rəhbərlik, qarşılıqlı etimad və mənəvi dəstək üzərində qurulan yaradıcı əməkdaşlığa çevrilmişdir. 

Məhz Gülnaz xanımın əsasını qoyduğu “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında fəaliyyətə başlamağım mənim üçün mühüm mərhələ olmuşdur. Elmi işimlə bağlı göstərdiyi qayğı və verdiyi istiqamətlər nəticəsində kiçik elmi işçi kimi formalaşmış və tədqiqat fəaliyyətimi də həmin laboratoriyada davam etdirmişəm. Bu baxımdan əldə etdiyim nailiyyətlərdə Gülnaz Abdullazadənin elmi və pedaqoji rəhbərliyinin mühüm payı var.

Elmi rəhbərin əsl böyüklüyü yalnız özünün yaratdığı əsərlərlə deyil, yetişdirdiyi insanların elmi və yaradıcı fəaliyyətində qoyduğu izlərlə də ölçülür. Gülnaz Abdullazadənin fəaliyyətinə bu müstəvidən yanaşdıqda onun Azərbaycan musiqişünaslığı və musiqi təhsili qarşısındakı xidmətlərinin daha geniş məna daşıdığı aydın görünür. O, elmi yaradıcılıq yolunu davam etdirməklə kifayətlənməmiş, elmi düşüncənin yeni nəsillərə ötürülməsinə, gənc tədqiqatçıların müstəqil fikir yürütməsinə və öz elmi istiqamətlərini müəyyənləşdirməsinə şərait yaratmışdır.

Gülnaz Abdullazadə daim elmi axtarış içərisində olan, musiqi və mədəniyyətə yeni töhfələr vermək haqqında düşünən alimlərdəndir. Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri də müxtəlif hadisə və proseslərə fəlsəfi baxış bucağından yanaşmasıdır. Musiqini yalnız eşidilən və duyulan sənət hadisəsi kimi deyil, onun arxasında dayanan mənəvi, tarixi və fəlsəfi məzmunla birlikdə dərk etmək cəhdi onun elmi fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindəndir.

Musiqinin fəlsəfi mahiyyətini duymaq və onu elmi təhlil müstəvisinə gətirmək xüsusi düşüncə çevikliyi tələb edir. Bu baxımdan Gülnaz Abdullazadənin yaradıcılığında musiqi, insan və cəmiyyət anlayışlarının qarşılıqlı əlaqəsi mühüm yer tutur. Onun əsərlərində musiqi sənətinin estetik mahiyyəti ilə yanaşı, insanın mənəvi dünyasına təsiri, tarixi-mədəni proseslərdəki rolu və ictimai şüurun formalaşmasında əhəmiyyəti də diqqət mərkəzinə gətirilir.

 Elm və həyatın müxtəlif sahələrinə fəlsəfi yanaşma, hadisələrin mahiyyətinə nüfuz etmək və onların daxili əlaqələrini müəyyənləşdirmək bacarığı Gülnaz Abdullazadənin alim şəxsiyyətinin əsas xüsusiyyətlərindəndir. Bu keyfiyyətlər onun həm elmi tədqiqatlarında, həm bəstəkarlıq yaradıcılığında, həm də pedaqoji fəaliyyətində özünü göstərir. İstedad, dərin bilik, elmi axtarış və fədakarlığın vəhdəti onun çoxillik fəaliyyətinin əsas məzmununu təşkil edir.

Gülnaz Abdullazadənin 80 illik ömür və yaradıcılıq yolu Azərbaycan elmi və mədəni fikrinin mühüm bir mərhələsini özündə əks etdirir. Onun fəaliyyəti musiqişünaslığın, fəlsəfi-estetik düşüncənin, musiqi təhsilinin və bəstəkarlıq yaradıcılığının müxtəlif istiqamətlərini birləşdirən çoxşaxəli bir elmi-mədəni irs kimi qiymətləndirilə bilər. Bu irsin əsas dəyəri yalnız onun həcmi ilə deyil, yaratdığı elmi düşüncə mühiti, yetişdirdiyi gənc tədqiqatçılar və milli musiqi mədəniyyətinin öyrənilməsinə verdiyi töhfələrlə müəyyən olunur.

Elmə və sənətə ömrünü həsr edən şəxsiyyətlərin yaratdığı mənəvi irs zamanla məhdudlaşmır, onların düşüncələri, əsərləri və yetişdirdikləri insanlar vasitəsilə gələcək nəsillərin yaddaşında yaşayır. 

Fidan Nəsirova-Əhmədova
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri