Icma.az
close
up
RU
Ədalətli və qayğıkeş insan

Ədalətli və qayğıkeş insan

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hacı Hacıyevin Azərbaycan Jurnalistlər Birliyinə katiblik və sədrlik etdiyi uzun illər ərzində həmişə qapısı hamının üzünə açıq olub. 

...BDU-nun jurnalistika fakültəsinin qiyabiçi tələbəsi idim və yaradıcılıq təşkilatımıza üzv olmaq üçün ərizə vermişdim. Bakıda qəbul edilsəm də, Moskvaya – SSRİ Jurnalistlər İttifaqına təsdiqə göndərilən sənədlərim hələ gəlib çıxmamışdı. Yenicə ailə qurmuş və yaşadığım Sumqayıt şəhərində mənzil növbəsində durmuşdum. Ümumi qaydada mənə 1 otaqlı ev düşürdü, yaradıcılıq təşkilatının üzvü kimi isə 2 otaq da verə bilərdilər. Amma Viktor Afanasyevin imzalayacağı üzvlük biletim hələ Moskvadan göndərilməmişdi. Odur ki, çəkinə-çəkinə Hacı müəllimin qəbuluna getdim. Məni səbrlə dinlədikdən sonra: 

– Cavan oğlan, – dedi, – sən artıq yarım ildir ki, təşkilatın üzvüsən və əlavə 1 otaq da almaq hüququn qanunidir. – Sonra da əməkdaşı Tamilla xanıma tapşırdı ki, mənə bu barədə arayış versin. 

Beləliklə, hələ üzvlük biletim Moskvadan gəlməmiş, onun sayəsində imtiyazdan bəhrələnərək, 2 otaqlı mənzillə təmin edildim. Elə sevinirdim ki, orderi alandan sonra gedib Hacı müəllimə minnətdarlıq etməyi də unutdum. İndi – 42 il sonra həmin görüşü xatırlamaqla rəhmətliyə, gec də olsa, vəfa borcumu qaytarmaq istəyirəm.

Hacı Hacıyev 1925-ci il fevralın ­18-də Bakıda anadan olub. ADU-nun (indiki BDU) filologiya fakültəsində qiyabi təhsil alıb. “Azərbaycan gəncləri” qəzetində, respublika, “Gənclik” nəşriyyatında, “Ekran” Yaradıcılıq Birliyində, “Müxbir” jurnalında çalışıb, hamısında da – istər sıravi işçi olsun, istərsə də rəhbər vəzifə sahibi – etimadı layiqincə doğruldub.

Özəl qələm sahibi olan Hacı müəllim “Hekayələr”, “İstiqlalın əzablı yolu”, “Xatirələr və ya Çəmbərəkənddən başlanan həyat” kitablarının müəllifidir. Onun ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutub. Dünya ədəbiyyatından Azərbaycan dilinə çevirdiyi əsərlər rəğbətlə qarşılanıb və vaxtaşırı nəşr edilib. Ernest Heminqueyin çoxumuzun oxuduğu “Əlvida, silah” və “Əcəl zəngi”, Vasili Yanın “Çingiz xan”, Anton Çexovun “Gecikmiş güllər”, Anatoli Rıbakovun “Arbat övladları” kitabları, Polşa və Misir yazıçılarının hekayələri bu qəbildəndir. Maksim Qorkidən Azərbaycan dilinə çevirdiyi “Qoca” pyesi mavi ekranda və efirdə verilib. O, həm də neçə-neçə filmin redaktoru və ssenari müəllifi idi. Türkiyənin “Yeni forum” və “Tanıtım” jurnallarında, eləcə də bir sıra xarici mətbuatda siyasi publisistik məqalələri dərc olunub. Türkiyənin Kayseri şəhərində Ümumdünya Azərbaycan konqresində (1990), Bodrumda “Türk millətlərinin siyasi və iqtisadi gələcəyi” simpoziumunda (1991) Azərbaycanda milli istiqlal hərəkatı və siyasi vəziyyətə dair məruzələr edib. Almaniyada və bir sıra xarici ölkədə mötəbər konfranslarda Azərbaycan mediasını təmsil edib.

1990-nın “Qanlı Yanvar”ından sonra Bakıda fövqəladə vəziyyət olduğundan, onun təşəbbüsü ilə jurnalistlər Gəncədə fövqəladə plenum keçirərək, SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxıblar. Bu, keçmiş SSRİ-də cəsarətli bir ilk olub. Sovet dövründə bu yaradıcılıq birliyində millilik məsələsini də gündəmə o gətirib. Məhz Hacı Hacıyevin təklifi ilə ölkəmizdə Mətbuat Günü “Əkinçi”nin işıq üzü gördüyü günə uyğun olaraq 22 iyula keçirilib. 

Hacı Hacıyevın təşəbbüsü ilə Həsən bəy Zərdabi media mükafatı təsis olunub. (Bu sətirlərin müəllifi də sonralar o mükafata layiq görülüb). Onun dövründə AJB nəzdində Jurnalist Sənətkarlığı İnstitutu yaradılmışdı. Müxbir olmaq istəyən qeyri-ixtisas sahibləri 2 il orda oxuyur, nəzəri biliklərə yiyələnirdilər. Hacı Hacıyev mərhum Ramiz Əskərovla birlikdə məşhur İsveç reportyoru Erik Fixteliusun “Jurnalistikanın on qızıl qaydası” kitabını da dilimizə çevirərək, həmin institut tərəfindən nəşr etdirib. Sonra, nədənsə, o gərəkli ­institut bağlandı.

Azərbaycan jurnalistikasının ağsaqqalı olmuş unudulmaz Hacı Hacıyev 23 fevral 2008-ci ildə dünyasını dəyişib. Şüvəlan qəbiristanlığında uyuyur. 20 ildir ki, bir vaxtlar 4-cü mərtəbəsi onun iş yeri olmuş Bülbül prospekti, 30 ünvanında yerləşən redaksiymıza hər işə gələndə Hacı müəllimi xatırlayıram. Dünən isə xatirəsinə ehtiramla, 42 il əvvəlki kimi, məxsusi olaraq onun kabinetinə gedərək, orada AJB-nin sədr müavini vəzifəsində çalışan doğma qardaşı oğlu Şahin Babayevlə görüşdüm və mərhumu birlikdə yad elədik.

Əli NƏCƏFXANLI 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri