Icma.az
close
up
RU
Qayıdış konsepsiyası reallaşır TƏHLİL

Qayıdış konsepsiyası reallaşır TƏHLİL

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olan torpaqlarımız azadlığına qovuşdu. Artıq Qarabağ niskilinə, həsrətinə birdəfəlik son qoyulub. Hazırda bölgədə genişmiqyaslı quruculuq, abadlıq, təmir-tikinti işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin dediyi kimi, biz Qarabağı cənnətə çevirəcəyik. Əbədi olaraq cənnətə çevrilən yurd yerlərində yaşayacaq və yaradacağıq. Bundan sonra hədəfimiz digər tarixi torpaqlarımıza sahib çıxmaqdır. Hansı ki, hazırda həmin torpaqlar yadelli məkrli qüvvələrin tapdağı altındadır. Xüsusilə də, Qərbi Azərbaycana qayıtmaq və yenidən o möcüzəvi, ezazkar tarixi torpaqlarımızda yaşayışı davam etdirmək bir millət olaq qarşımızda duran vəzifələrdəndir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: “Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm”.

Ulu Öndərimiz Heydər Əliyevin qeyd etdiyi qətiyyətli fikirlər yeddidən yetmiş yeddiyə qədər hər bir azərbaycanlı üçün bir çağırışdır. Bu çağırışa əməl etmək, reallaşdırmaq bizlərin qarşısında duran başlıca vəzifələrdəndir. Müsbət və alqışalayiq hal ondan ibarətdir ki, millət olaraq Dahi Öndərimiz Heydər Əliyevin zamanında irəli sürdüyü ideya və təkliflərinə, verdiyi tövsiyələrə, göstərişlərə xüsusi diqqət ayırır və onların həyata keçməsi üçün var qüvvəmizlə çalışırıq. Artıq görünən ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası reallaşmağa yaxındır. Əsasən də Vaşinqtonda keçirilən yüksək səviyyəli iki və üçtərəfli görüşdən və imzalanan sənədlərdən, səslənən Birgə Bəyannamədən sonra Qərbi Azərbaycana qayıdışa ümidləri daha da artırıb.

Qərbi Azərbaycanın hər daşında, qayasında, cığırında Azərbaycan xalqına məxsus izləri var

Söz yox ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış yalnız zor gücünə ev -eşiyindən didərgin salınan azərbaycanlıların öz yurd yerlərinə qayıtmaq arzusu deyil, həm də dövlət siyasətinin və milli kimliyin əsas istiqamətlərindədir. Fateh Sərkərdə, Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan insanlarla görüşündə əminliklə bildirdi ki, soydaşlarımız öz tarixi torpaqları, yurd yerləri olan Qərbi Azərbaycana mütləq qayıdacaqlar: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

İndiki Ermənistanın hər daşında, qayasında, cığırında Azərbaycan xalqına məxsus izləri var. Erməni daşnak quldur dəstələri azərbaycanlılara məxsus yerləri, mədəniyyət nümunələrini, tarixi ərazilərin adlarını dəyişməyə çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Çünki ərazilərin quruluşu, tarixi abidələrin forması, memarlıq nümunələrinin görünüşü tam şəkildə Azərbaycan xalqına məxsusluğunu təsdiqləyir. Savadsız və anlaqsız vəziyyətdə olan erməni toplumu ərazilərə aid nümunələrin, abidələrin üzərindən Azərbaycan əlifbası ilə yazılan sözləri silib, öz əndərəbadi cümlələrini ora yapışdırmaqla tarixi saxtalaşdıra biləcəklərini düşünüblər. Bugünkü müasir texnoloji aparatlarla hansı, ərazinin, abidənin, mədəniyyət nümunələrinin hansı xalqa məxsus olduğunu müəyyənləşdirmək olur. Məhz müasir texnologiyalara əsaslanmaqla xarici elm, mədəniyyət adamları müəyyənləşdiriblər ki, hazırkı Ermənistan ərazisində erməni adı və tarixi ilə əlaqələndirilən minlərlə mədəniyyət nümunəsi, abidələr, yaşayış məskənləri, əslində, Azərbaycana məxsusdur.

Əzəli torpaqlarımızın bir parçası olan İrəvan şəhərində fransız, Amerika, çinli və alman mütəxəssislərinin apardıqları arxeloji qazantılar zamanı aşkarlanan qədim əşyalara əsasən bu şəhər azərbaycanlıların qədim şəhəri olduğu təsdiqlənib. Bir daha sübuta yetirilib ki, İrəvan şəhərində və ətrafında Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar yaşamışlar. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan xanının adına uyğunlaşdırılıb. Sonradan İrəvan adı ilə əvəzlənib. 1812-ci ildə aparılmış siyahıyaalınmaya görə, İrəvan şəhərinin əhalisinin 93 faizi azərbaycanlılardan ibarət olub. Digər yeddi faizi isə gürcülər, ermənilər və digər millətlərin nümayəndələri olublar. Növbəti dəfə, yəni 1897-ci ildə Rusiya imperiyasının Qafqazda, eləcə də, İrəvanda əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlarda İrəvanda və Qarabağda əsasən azərbaycanlıların yaşadıqları təsdiq olunub. 1817-ci və 1819-cu illərdə İrəvanda olmuş ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazırdı ki, İrəvan xanlığinın uzunluğu 200 rnil, eni isə 100 mildir. O dövrlə bağlı faktlarla çıxış edən erməni tarixçisi T.Akopyan da İrəvan xanlığının əhalisinin əsasən azərbaycanlılardan ibarət olduğunu və ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. İrəvan şəhəri inzibati cəhətdən 3 məhəlləyə bölünürdü: “Şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi”. İrəvan xanlığında azərbaycanlıların yerli xalq olması sübuta yetirilmiş faktdır. Bunu Qafqazın ali baş komandanı olmuş general Paskeviç rəsmi məlumatlarda da qeyd etmişdir. İrəvan qalasını çox çətinliklə alan general Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda çara ünvanlandığı məlumatda burada 10 min azərbaycanlı, 234 erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına - 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir. S.Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu azərbaycanlıların təşkil etdiyini yazmışdır.

Xarici hərbi siyasi dəstək hesabına Qərbi Azərbaycanda demoqrafik vəziyyət dəyişdirilib

Azərbaycanın qədim şəhəri olan İrəvan zamanın ağır dövrlərini yaşamışdır. İrəvan xanlığının 1746-cı ildə əsasını qoyan Mir Mehdi xanın hakimiyyəti heç də sakit keçməyib. Ağrı vadisinin və Göycə gölünün ətrafında qurulan İrəvan xanlığı, çox keçmir ki, bölgənin böyük iqtisadi və siyasi qüdrətə malik xanlığına çevrilir. Məhz bu da Gürcüstan, Rusiya və erməni məliklərinin ciddi narahatlığına səbəb olurdu. Onlar İrəvan xanlığını zəiflətmək üçün hər cür təxribatlardan, eləcə də, bölgəyə hücumlar etməkdən çəkinmirdilər. Amma bütün hallarda Mir Mehdi xan qətiyyət göstərir və birləşmiş düşmən qüvvələrini yerlərində oturmağa müvəffəq olurdu. Yüksək hərbi, siyasi təcrübəyə malik Mir Mehdi xan İrəvanı möhkəmləndirmək üçün geniş məhəllələr yaratmış, keçilməz qalalar tikdirmişdir. O dövrün məlumatlarına görə, Mir Mehdi xan İrəvanda 20-yə yaxın məhəllə yaratmışdır. Bu məhəllələri isə naiblər idarə edirdilər. Onlar məhəllələrin inkişafına, əhalinin yaşayışlarının təminatına xüsusi diqqət yetirirdilər. İrəvan xanlığının mərkəzi hərtərəfli sıldırım qayalarla əhatə olunmasına və bununla paralel olaraq Azərbaycan xanlıqları ilə, xüsusilə də, Şəki, Quba xanlıqları ilə dostluq əlaqələri qurmuş düşmənə qarşı birgə müharibə aparmaq haqqında birgə hərbi razılaşma əldə etmişdir. Sonradan İrəvan xanı olan Huseynəli xan Osman sultanı ilə əlaqələr quraraq İrəvan xanlığı ilə Osmanlı imperiyasının şəhərləri arasında iqtisadi-ticarət əlaqələrinin qurulmasına nail olmuşdur. Təəssüf ki, xanlıqda baş qaldıran daxili çəkişmələr Hüseynəli xanın xanlıqla bağlı geniş planlarının həyata keçirilməsinə problemlər yaratmışdır. Daxili çəkişmələrdən yararlanan erməni məlikləri də xanlıq üçün təhlükə mənbəyi olan hücumlar təşkil etmişlər. Xüsusilə də, ermənilər gürcülərdən İrəvan xanlığına qarşı birgə mübarizədə istifadə etməyə çalışmışlar. İrəvan xanlığının ərazisində ermənilərin əsas dini mərkəzlərindən biri olan Eçmiədzin monastırı (Üçkilsə) yerləşmişdir. Eçmiədzin kilsəsi İrəvan xanlığında çox pozucu rol oynamışdır. Regionda bu kilsə azərbaycanlılara qarşı düşmən mövqe tutmuş və terrorçu dəstələrin hazırlanmasında xüsusi fəallıq göstərmişdir. XVII əsrin 60-cı illərindən başlayaraq Eçmiədzin kilsəsinin katolikosları daim Rusiya imperiyasına müraciət edərək Azərbaycan torpaqlarında erməni dövlətinin yaranmasına yardım etməyi xahiş edirdilər. Bununla yanaşı, erməni katolikosları özlərini humanist mövqeli tərəf kimi göstərərək vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədən KartliKaxetiya çarlığı ilə İrəvan xanlığı arasında vasitəçilik etməyə çalışıblar. 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Yalnız Osmanlı imperiyasının yardımından sonra düşmənə çevrilən qonşular İrəvan üzərində iddialarından əl çəkmişlər. Mirmehdi xanın nəvəsi Məhəmməd xanın hakimiyyəti illərində Karte-Kaxetiya tam şəkildə zərərsizləşdirilmişdir. İrəvan xanlığı hücum edərək, Karte-Kaxetiya çarlığının ərazilərini torpaqlarına qatmış, həm də çarlığın başında dayananların məhv edilməsi üçün fəaliyyət göstərmişlər. Lakin Karte-Kaxetiya çarı və ailəsi İrəvan xanlığının ordusunun təqiblərindən qaçaraq Abxaziya xanlığına sığınmışlar. Məhz Karte-Kaxetiya çarlığının sərt zərbə almasından sonra İrəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur.

Tarix elədir ki, onu dəyişmək və ya fərqli formada təqdim etmək mümkün deyil. Hər məqamda tarixin müəyyən mərhələrinə dair əsaslı sübutlar üzə çıxacaq. Necə ki, sübuta yetirilir ki, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız qətliamlar, soyqırımı aktları həyata keçirilib. Sonuncu zorakılıqla müşayət olunan deportasiya siyasəti nəticəsində 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınmışdır. Qərbi Azərbaycan ərazisindən deportasiyaya məruz qalanlardan 255 nəfər vəhşicəsinə qətlə yetirilmiş, minlərlə uşaq, qadın, qoca yaralanmış, on minlərlə ailənin əmlakı talan etmişdir. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ancaq dövr dəyişib, Azərbaycan öz gücü və qüdrəti hesabını bütün tarixi ədalətsizlikləri aradan qaldırmaqdadır. Yuxarıda qeyd etdiyim kimi Qarabağın işğaldan azad edildiyi kimi bir gün İrəvana və digər Qərbi Azərbaycan torpaqlarına qayıdacağımız gün uzaqda deyil. Bunu dünya azərbaycanlılarının Lideri, Fateh Sərkərdəmiz İlham Əliyevin müdirik siyasəti, xalqımızın birliyi və qətiyyəti deməyə əsas verir.

Bu yaxınlarda Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən İrəvan şəhərinə qazinin təyin edilməsi və İrəvan qazılığının Əsasnaməsinin qəbul edilməsi Qərbi Azərbaycan qayıdışın çox yaxın zamanlarda reallaşacağına ümidləri artırır. Təbii ki, bundan sonra müsəlman xalqları və dövlətləri mütərəqqi addım ataraq İrəvan qazisi ilə geniş əməkdaşlıq əlaqələri quracaqlar.

Həm də çox yaxın vaxtlarda Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizi açılacaq. Bununla paralel olaraq Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı təmin olunacaq və İrəvan qazisi normal fəaliyyətini bərpa edəcək. Bu ümidləri doğruldacaq amillərdən bir də, Azərbaycanın azad, demokratik, hüquqi dövlət olmasıdır.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see194

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see144

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see143

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see137

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see135

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see135

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see134

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see131

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see130

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see130

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see129

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see125

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see125

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see120

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see116

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see116

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see116

Alkoqolun təhlükəsiz dozası yoxdur..!

08 Sentyabr 2025 23:46see114

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri