Icma.az
close
up
RU
Böyük Qayıdış Proqramı uğurla reallaşır

Böyük Qayıdış Proqramı uğurla reallaşır

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət səfərindən öncə, oktyabrın 18-də “Kazinform” agentliyinə müsahibə verdi. Cənab İlham Əliyev müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs etdi. Dövlətimizin başçısı qədim tarixə malik olan Azərbaycan-Qazaxıstan münasibətlərinin ayrı-ayrı sahələr üzrə yüksələn xətlə inkişafını diqqətə çatdırmaqla yanaşı, qarşıdakı səfərin əlaqələrin inkişafında yeni səhifə açacağını əsaslı şəkildə vurğuladı. İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən cənab İlham Əliyev bildirdi ki, Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfəri etdi. Səfər zamanı Prezidentlərin ikitərəfli görüşləri oldu, onların iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bu formatı etimada və qarşılıqlı dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir. Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir.

Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk. Azərbaycanın uğurlarından böyük sevinc hissi keçirdiyini bildirən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, ölkəmizə güclü, mütərəqqi dövlət quruculuğu üzrə yüksək məqsədlərin uğurla həyata keçirilməsini arzulayırıq və heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə bütün bu məqsədlərə nail olunacaq. Münasibətlərimizə gəldikdə isə qeyd edildi ki, onların tam şəkildə həyata keçirilməsi üçün böyük potensial var – sarsılmaz etimad, ortaq dəyərlər, xalqlarımızın yaxınlaşmağa səmimi səyləri mövcuddur. Ona görə də əminik ki, ölkələrimizi böyük gələcək gözləyir.

Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır.

Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.

Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasından xəbər verir. Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə Ulu Öndər Heydər Əliyev çox qiymətli töhfələr verib. Ümummilli Lider qeyd etmişdir ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib və eyni köklərə mənsub olduqlarını unutmayıblar. Hazırda bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.

Azərbaycan və Qazaxıstan prezidentləri səfərin yekun nəticələrini özündə ehtiva edən mətbuata birgə bəyanatlarında qardaşlıq və etimad nümunəsi olan Azərbaycan-Qazaxıstan münasibətlərinin keçdiyi inkişaf yolundan və qarşıdakı dövrün  prioritetlərindən bəhs etdilər. Qardaş ölkənin Prezidenti vurğuladı ki, ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək. Əldə olunan razılaşmalar ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək. Bu səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir”.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq sayəsində Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir, yeni məzmunla zənginləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri