Icma.az
close
up
RU
Qayınata gəlini küçədə döydü

Qayınata gəlini küçədə döydü

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində 1962-ci il təvəllüdlü Bəhruz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu ilə ailə həyatı qurmuş Səidəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Texnologiya Universitetinin qarşısında baş verib. 
Bəhruz oğlu Pərviz ilə qeyri-rəsmi yaşayan Səidə ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onu qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət  işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səidəni tanıyır və hazırda oğlu ilə rəsmi evlidir: “Hadisə baş verən zaman isə onlar nişanlı olublar. 25 sentyabr 2023-cü ildə oğlun Pərvizlə nişanlısı Səidə arasında şəxsi münasibətlər zəminində mübahisə oldu. Həmin mübahisə zamanı Səidə Gəncə şəhəri Texnologiya Universitetinin yaxınlığında olan bankın  qarşısına gələrək orda oğlum ilə mübahisəni  davam etdirdi. Ona görə də özüm hadisəni gördüm və Səidəyə yaxınlaşaraq, onu sakitləşdirmək istədim. Lakin həmin vaxt Səidə məni təhqir etdi. Özüm də əsəbiləşərək Səidənin üzünə bir şillə vurdum. Mən Səidəni vurarkən oğlum Pərviz yanımızda olmayıb. Bundan sonra Səidə əsəbi halda mənə “Səni və övladlarını tutduracam” deyərək getdi. Daha sonra isə məndən polis orqanına şikayət etdi. Hadisə zaman ikimizdən başqa yanımızda heç kim olmayıb. Hadisə gecə vaxtı olub”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səidənin sözlərinə görə, 25 sentyabr 2023-cü ildə qayınatası Bəhruz Gəncə şəhəri Texnologiya Universitetinin yaxınlığında olan bankın qarşısında onu şillə ilə vurub: “Hadisə baş verən gün hadisədən bir qədər əvvəl ərim Pərvizlə aramızda sözlə mübahisə yaranmışdı. Həmin mübahisəni görən qayınatam Bəhruz içkili vəziyyətdə yaxınlaşaraq oğlunu oradan uzaqlaşdırdı, mənə mübahisə etdiyimiz üçün öz iradını bildirdi. Həmin vaxt özüm də əsəbi olduğum üçün qayınatama kobud cavab qaytardım. Bu zaman qayınatam sifətimə bir şillə vurdum. Qayınatam Bəhruz məni vurarkən orada ikimizdən başqa heç kim olmayıb. Hadisə gecə vaxtı olub. Qayınatamın məni  vurmasından əsəbləşərək, polis orqanına şikayət etmişəm. Hadisədən sonra Bəhruzla barışmışam”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruzun əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınıb. Bu səbəbdən Bəhruzun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri