Lerikdə qayınata kürəkənini döydü
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lerikdə qayınata kürəkənini döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Lerik rayonunun Züvüç kəndi ərazisində yerləşən otlaq sahəsində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü Asəf Bağırov (adı və soyadı şərtidir) eşidib ki, qızının evində problem yaranıb. O, qızının əri Fəridi söhbət etmək üçün kəndin kənarındakı otlaq sahəsinə çağırıb. Əraziyə gələn Fəridlə Asəf arasında mübahisə yaranıb və Asəf Fəridi döyüb. Fərid hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub şikayət edib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb.
Lerik Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Samir Əli
Baxış sayı:50
Bu xəbər 01 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















