Icma.az
close
up
RU
Tərtərdə qayınata gəlinini xüsusi amansızlıqla öldürdü Təfərrüat

Tərtərdə qayınata gəlinini xüsusi amansızlıqla öldürdü Təfərrüat

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Tərtərdə baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, kənd sakinlərinin Oxu.Az-a verdiyi məlumata görə, hadisə namus üstə baş verib. Məlumata görə, 1990-cı il təvəllüdlü Hafizə Hüseynova ailəli olduğu halda, başqası ilə sevgili olub və onun qayınatası Səhliyar Hüseynov bundan xəbər tutub. O bu barədə dəfələrlə evində gəlininə və oğluna xəbərdarlıq edibmiş.

Məlumata görə, kişi oğluna təklif edib ki, həyat yoldaşını qətlə yetirsin, amma oğlu onu eşitməyib. Bu gün səhər saatlarında S.Hüseynov mətbəx bıçağı ilə gəlinin yataq otağına daxil olaraq onu xüsusi amansızlıqla qətlə yetirib. S.Hüseynov gəlinini 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən S.Hüseynov bıçaqla birlikdə Tərtər rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyini etiraf edib və polisə könüllü olaraq təslim olub.

***12:57

Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***11:56

Tərtərdə qətl hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri