Qaynadıb suyunu içənlərin ürəyi yenilənir
Icma.az bildirir, Milli.az portalına istinadən.
Böyük Britaniya və ABŞ-də 30 mindən çox insanın iştirakı ilə aparılan genişmiqyaslı araşdırma ürək sağlamlığı və qidalanma ilə bağlı bildiklərimizi yeniləyib. Tədqiqat nəticələrinə görə, ürək-damar sisteminin qorunmasında meşə giləmeyvələri və nar ön plana çıxıb.
Milli.Az xəbər verir ki, alimlər qan damarlarının genişlənməsini təmin edən, iltihabı azaldan və təzyiqi tənzimləyən flavanol maddəsinə diqqət çəkiblər. Yeterli miqdarda flavanol qəbul edən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski daha aşağı qeydə alınıb.
Meşə giləmeyvələri (Qaragilə, moruq, çiyələk, böyürtkən): Lif və antioksidantla zəngin olan bu meyvələrdən xüsusilə qaragilə tərkibindəki antosianin pimentləri sayəsində damar sağlığını dəstəkləyir. Yüksək antosianin qəbulunun kişilərdə infarkt riskini azatdığı müşahidə olunub.
Nar və nar suyu: Antosianin, ellagik turşusu və polifenollarla zəngin olan narın və nar suyunun yüksək qan təzyiqini (böyük təzyiq) düşürməkdə effekti təsdiqlənib.
Mütəxəssislər bu meyvələrin gündəlik rasiona əlavə olunmasını tövsiyə etsələr də, təkbaşına heç bir qidanın möcüzə yaratmadığını bildirirlər. Ürək sağlamlığı üçün ümumi qidalanma keyfiyyəti, fiziki aktivlik, yuxu rejimi və zərərli vərdişlərdən uzaq durmaq həlledici amillərdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:136
Bu xəbər 13 Oktyabr 2026 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















