Icma.az
close
up
RU
Qaytaranovu psixi ekspertizaya qaytardılar

Qaytaranovu psixi ekspertizaya qaytardılar

12 il əvvəl qətl törətməkdə təqsirləndirilən və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilən Rəşad Qaytaranov işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.

Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.

Qeyd edək ki, hadisə 2013-cü ildə baş verib. Rəsmi məlumata görə, Bakı şəhər sakini Ruslan Abbasova Rəşad Qaytaranov bıçaqla xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olması nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.

AzNews.az

seeBaxış sayı:101
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri