Icma.az
close
up
RU
Alen Simonyanı ekspertizaya göndərmək zərurəti

Alen Simonyanı ekspertizaya göndərmək zərurəti

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Erməni spikerin əndərəbadi təklifinə cavab

Ermənistan Parlamentinin spikeri Alen Simonyan təklif edib ki, ölkəsinin və Azərbaycanın konstitusiyaları ekspertizaya göndərilsin və bu yolla Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiasının olub-olmadığı müəyyənləşdirilsin. Görəsən, bu adam məzələnir, yoxsa anladığı budur.

“Siz hər zaman deyə və bildirə bilərsiniz ki, məsələn, mənə sizin saçınızın rəngi, yaxud imzanız və ya başqa nəyinizsə xoş gəlmir. Amma hər şeyə bir əsaslandırma olmalıdır. Bu anadək Azərbaycanla danışıqlarda hər şeyə əsas tapmağa çalışırdıq və bu məntiqdən çıxış edərək onlarla işləyirdik. Düşünürəm ki, təklif (Ermənistanın və Azərbaycanın konstitusiyalarının ekspertizaya göndərilməsi) məntiqi və əsaslandırılmış olacaq”, – deyən erməni spikerin fikrincə, hər iki ölkənin konstitusiyalarını nəzərdən keçirməli olan tərəf Avropa Şurasının Venesiya Komissiyasıdır.

Zənnimizcə, ekspertizaya göndərilməli olan nə isə varsa, bu, məhz A.Simonyanın beynidir. Ona görə yox ki, bu şəxsin indi səsləndirdiyi təklif absurddur və manipulyativ xarakter daşıyır, diqqəti reallıqlardan uzaqlaşdırmağa hesablanıb. O səbəbdən ki, A.Simonyan hay ictimai-siyasi industriyasında az-çox pozitiv təsir bağışlayan biridir. İlk növbədə, beləsinin düşüncə sistemi öyrənilməli və oradakı sərsəmliklər məyyənləşdirilərək müvafiq müdaxilə həyata keçirilməlidir. Söhbət tibbi müdaxilədən gedir.

Bəli, A.Simonyan sərsəmləmələri ilə yoluxduğu xəstəliyin çarəsizliyinə dair rəy formalaşdırır. Hərçənd, o, bir müddət əvvəl pozitiv sayılması mümkün davranışı ilə gündəmə gəlmişdi. Jurnalistlər spikerdən vaxtilə işğal altında olan Ağdamda əlində nar şəkli çəkdirib “Akna (ermənilər Ağdama belə sərsəm ad qoymuşdular – red.) mənim vətənim” şəklində paylaşımı ilə hazırda tutduğu mövqenin nə üçün bir-birinə zidd olduğunu soruşanda belə cavab vermişdi: “Hər kəs səhv edə bilər”.

Hesab edirik ki, Simonyanın etirafı adi məsələ sayıla bilməz və bu, bütövlükdə erməni cəmiyyətinə dərs olmalıdır. Yəni hay cəmiyyəti xəstəliyi bir kənara qoymalı və səhvini boynuna alıb üzr istəməyi bacarmalıdır. Amma hələlik buna inamımız yoxdur. Çünki təkcə Simonyan deyil, elə Ermənistanın baş naziri Nikol Paşinyan da özünü sanki əlamətləri gedib-gələn xəstəlik daşıyıcısı kimi aparır.

Məsələn, Nikol ötən il düz iki dəfə Ermənistan konstitusiyasının dəyişdirilməsindən danışarkən ölkənin İstiqlaliyyət bəyannaməsinin üzərində dayanmışdı. Daha doğrusu, həmin bəyannamədən danışaraq, fikrini əsas qanuna dəyişikliklərin aparılması zərurəti üzərində cəmləmişdi. Demişdi ki, İstiqlaliyyət bəyannaməsində işlədilən “Dağlıq Qarabağ” ifadəsi sülh yolundakı maneədir. Nikolun mövzuya dair daha təsirli fikri isə bu olmuşdu: “Son illərdə mən İstiqlaliyyət bəyannaməsini onlarca dəfə oxudum və dəhşətli nəticəyə gəldim ki, bu bəyannamənin mahiyyəti ilə Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşları kimlərdir? Əsl Ermənistanın vətəndaşı o kəsdir ki, bu yerdən kənarda vətən və ata axtarmır”.

Mümkündür ki, Paşinyan diqqətə çatdırdığımız fikirləri ölkə parlamentindən səsləndirərkən, məhz silahdaşını nəzərdə tutub. Ancaq ortada nəticə yoxdur. Simonyan səsləndirdiyi təkliflə, mahiyyətcə, erməni avantürizminin davamı naminə çalışır. O yaxşı bilir ki, AŞ-nin Venesiya Komissiyası Ermənistanın tərəfində dayanacaq. Çünki qurum, ümumən Avropa Şurasının özü Avropa İttifaqının təsiri altındadır. Aİ-də isə hökmran Fransadır. O Fransa ki, Ermənistanın tərəfindədir və rəsmi İrəvanın əli ilə Cənubi Qafqazda qlobal məqsədlər reallaşdırmağa can atır. Belə olan halda, əlbəttə, Venesiya Komissiyası ədalətli yanaşa bilməz. Yəni ən azı Azərbaycan həmin komissiyanın ədalətli qərar çıxaracağına inanmayacaq.

Niyə Venesiya Komissiyası Azərbaycanın əsas qanununu təftiş etməlidir? Nə haqla? Elə isə Simonyan nə üçün gündəmi məşğul edir?

Məlumdur ki, Ermənistan rəhbərliyi 44 günlük müharibədən sonra müxtəlif sərsəm məsələlər gündəmə gətirməklə, sülh prosesini uzatmağa çalışır. Rəsmi İrəvan bu gün də “dəst-xəttinə” sadiqdir. Məsələn, erməni silahlı qüvvələri son günlər atəşkəsi pozmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyi bununla əlaqədar məlumatlar yayır. Ermənistan Müdafiə Nazirliyi isə təkzib yolu tutur və bildirir ki, ölkənin baş nazirinin aparatı sərhəd xəttində atəşkəs rejiminə nəzarət üzrə birgə mexanizmin yaradılması təklifini irəli sürüb və Azərbaycan məsələyə müsbət yanaşdığını açıqlamayıb. Belə çıxır ki, atəş səslərinin eşidilməsinə görə günahkar bizik.

Digər tərəfdən, rəsmi İrəvan Ermənistanla Azərbaycan arasında silahlanmaya nəzarət mexanizminin formalaşdırılmasına dair təklif də irəli sürür. Bir sözlə, Paşinyan administrasiyası əsl mahiyyətdən uzaqlaşmaq üçün hər vasitəyə əl atır. Hazırda Simonyanın da bildirdikləri ilə eyni “kursa” sadiqliyini göstərməkdədir. Spiker “ümumi işə” öz töhfəsini verməklə məşğuldur. Amma təkcə Paşinyanın və Simonyanın deyil, bütövlükdə hay hakim komandasının bilməli olduğu bəzi reallıqlar var. Həmin reallıqlara nəzərən, tam əminliklə deyə bilərik ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistanda konstitusiya dəyişikliyinin aparılmasının vacibliyini vurğulayan tələbi tam əsaslıdır.

***

Qeyd edək ki, N.Paşinyan ötən həftə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmadığını vurğulayan fikirlərlə paralel olaraq 2024-cü ilin sentyabrında ölkənin konstitusiya məhkəməsinin çıxardığı qərardan söz açmışdı. Bu, təsadüf sayıla bilməz. Yəni Nikol ərazi iddiasının olmadığı fikrini məhz həmin qərarla əsaslandırmağa cəhd göstərmişdi.

Nəzərə alaq ki, sözügedən qərar İstiqlaliyyət bəyannaməsinin əsas qanunda yer almayan müddəalarının etibarsızlığını nəzərdə tutur. Görünür, Simonyan indi məhz buna görə Ermənistan konstitusiyasının beynəlxalq ekspertizaya göndərilməsindən danışır. Yəni o da Paşinyan kimi hesab edir ki, konstitusiya məhkəməsi əsas qanunu işğalçı mahiyyətdən uzaqlaşdırıb. Halbuki, belə yanaşma yolverilməzdir, manipulyativ xarakter daşıyır.

Məsələ ondadır ki, Ermənistan konstitusiyasında İstiqlaliyyət bəyannaməsinə birbaşa, özü də kifayət qədər, yüksək tonlu istinad məntiqi var. 1990-cı ilin avqustunda qəbul edilmiş bəyannamənin preambulasında bildirilir ki, sənəd Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il dekabrın 1-də çıxardığı Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarına söykənir və 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirmək, demokratik, hüquqi cəmiyyət yaratmaq əzminin ifadəsidir. Elə isə daha bir sual meydana çıxır: Ermənistan Konstitusiya Məhkəməsinin qərarı belə bir istinadı aradan qaldıra bilərmi? Əgər məqsəd manipulyativ interpretasiya ilə nəyəsə nail olmaqdırsa, o zaman məsələn, biz də deyə bilərik ki, Ermənistan konstitusiya məhkəməsinin qərarı ölkənin mövcudiyyətini şübhə altına alıb və Ermənistan dövləti özünü buraxdığını rəsmən açıqlamalıdır. Yeri gəlmişkən, ötən ilin sentyabrında ölkədə bu barədə söz açanlar tapılırdı və sayları az deyildi.

Bəli, Simonyan və onu kimilər anlamalıdırlar ki, Azərbaycana təminat lazımdır. Mövzumuz rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi ilə bağlıdırsa, təminat referendumdur. Bu gün təkcə simonyanların, paşinyanların və digər yanların primitiv siyasi gedişlərinin nəticəsində isə Ermənistana inam və etibar yoxdur. Deməli, referendum həm də bunu qaytarmalıdır.

Azərbaycan dövləti və xalqı əmin olmalıdır ki, bütövlükdə erməni cəmiyyəti 1988-ci ilin ab-havasından, xəstəliyindən qurtulub. Yəni hay cəmiyyəti hamılıqla Ermənistan konstitusiyasının İstiqlaliyyət bəyannaməsindəki işğalçılıq və qəsbkarlıq ruhundan xilas olduğunu göstərməlidir. Sübuta yetirməlidir ki, Paşinyanın təbirincə desək, simonyanlar başqasının torpağında vətən axtarmaq eşqinə düşməsinlər.

Sonda bir məqama da diqqət yetirərək bildirək ki, haqqında söz açdığımız referendum Ermənistanın özünə də son dərəcə vacibdir. Ölkənin 44 günlük müharibədə hansı acınacaqlı və rüsvayçı məğlubiyyətlə üzləşdiyini bütün dünya gördü. Söhbət Simonyanın ekspertiza məntiqindən düşmüşkən isə erməni cəmiyyəti işğalçılıq mərəzindən qurtuluşu həm də ona görə rəsmən bildirməlidir ki, gələcəkdə başqasının torpağında tikəsi ələ gəlməyən homo-sapiyenslərin şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizasına ehtiyac yaranmasın.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri