Qaz qiymətlərinin artması fundamental qeyrimüəyyənliyi əks etdirir İlham Şaban
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qatar Energy şirkəti İranın "Ras Laffan" və "Mesaied" qaz emalı obyektlərinə hücumları səbəbindən maye qaz (LNG) istehsalını dayandıracağını elan etdikdən sonra qlobal bazarda təbii qaz qiymətləri kəskin şəkildə artım nümayiş etdirir. Niderlandın TTF qaz qovşağında təhvil verilməklə satılan qazın qiymət təxminən 50% artaraq MVt/saat üçün təxminən €47,8-ya çatdı ki, bu da 1000 kubmetr üçün təxminən $560 deməkdir. Oxşar tendensiyalar Asiya LNG spot bazarlarında da müşahidə olunur, burada qiymətlər qalan yük həcmləri uğrunda rəqabət fonunda əhəmiyyətli dərəcədə artır. Qeyd edim ki, qaz qiymətlərinin artması təkcə birbaşa təchizat şokunu deyil, həm də fundamental qeyri-müəyyənliyi və təchizatda daha da fasilələrin yaranması qorxularını əks etdirir”.
Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib. Ekspert qeyd edib ki, bazar iştirakçılarının tədarükləri tənzimləmək və qlobal təchizatın sabitliyinə inamı bərpa etmək üçün zamana ehtiyac duyacağı üçün qaz qiymətləri qarşıdakı həftələrdə də yüksək olaraq qala bilər:
«Bu yüksək qiymət dəyişkənliyinin müddəti Qətərin LNG sisteminin tam istehsala çatıb-çatmamasından, eləcə də regiondakı geosiyasi vəziyyətdən və Hörmüz boğazından təhlükəsiz keçə biləcək qaz tankerlərinin sayından asılı olacaq”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















