Icma.az
close
up
RU
Qaz və işıq tarifləri haqda QƏRAR VERİLƏCƏK KONKRET

Qaz və işıq tarifləri haqda QƏRAR VERİLƏCƏK KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər ölkədə qaz və işıq tariflərinin yüksək olması ilə bağlı narazılıqlar artıb. Əhali xüsusilə son aylarda xidmət haqlarındakı bahalaşmanın ailə büdcələrinə ciddi təsir etdiyini bildirir. Tariflərin yenidən aşağı salınıb-salınmayacağı isə ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardandır. Maraqlıdır, tariflərin aşağı salınması üçün dövlət hansı addımları ata bilər?

Məsələ ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda dövlət tariflərin aşağı salınması istiqamətində hər hansı addım atmağı planlaşdırmır. Əksinə, ilin əvvəlindən tariflərdə artım həyata keçirilib və bununla bağlı sabit tarif mexanizmi müəyyən olunub.

Ekspertin sözlərinə görə, dövlət mövcud tariflərin bahalı olduğunu düşünmür:

“Dövlət hesab edir ki, qaz və işıq tarifləri yüksək deyil, əksinə aşağıdır. Əhali üçün daha ucuz satıldığını bildirirlər. Tariflərin azaldılması gündəmdə deyil.”

Xalid Kərimli qeyd edib ki, tariflərin ucuzlaşması üçün ilk növbədə şəffaflıq artırılmalı, dövlət qurumlarının hesabatlılığı təmin edilməlidir:

“Əgər ucuzlaşma və ödədiyimiz pula görə dövlət müəssisələrinin mənfəətlə işləməsini görmək istəyiriksə, şəffaflıq tələb etməliyik. İctimai nəzarət güclənməlidir. Dövlət qurumları bizdən aldıqları tarifləri xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəltməlidir.”

Onun sözlərinə görə, hazırkı tariflərlə bu qurumların fəaliyyəti tam şəkildə qurula bilmir. Buna baxmayaraq, hökumət sosial narazılığı nəzərə alaraq tarif artımlarını mərhələli şəkildə həyata keçirir:

“Dövlət hesab edir ki, bu tariflər belə yetərli deyil. Sadəcə, əhalini nəzərə alaraq artımı daha yavaş şəkildə tətbiq edirlər.”

Beləliklə, ekspertə görə, yaxın perspektivdə qaz və işıq tariflərinin aşağı salınması real görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri