Icma.az
close
up
RU
QAZAX ALBAN MƏBƏDİ ALBAN MEMARLIĞININ İNCİLƏRİNDƏN BİRİ

QAZAX ALBAN MƏBƏDİ ALBAN MEMARLIĞININ İNCİLƏRİNDƏN BİRİ

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 №-li qərarı ilə yaradılmışdır. Nazirlər Sovetinin qərarı ilə qoruğa  3613 hektar ərazi ayrılmışdır. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” dağının adı ilə adlandırılıb.

Qoruğun ərazisində olan: arxeoloji və memarlıq abidələri, daşınan və daşınmaz tarixi və mədəniyyət abidələri qoruğun əsas mülkiyyəti hesab olunur. Bu ərazilərdə yüzlərlə qədim paleolit, mezolit, neolit, eneolit, orta əsr dövrlərinin və sonrakı tarixi  əsrlərin mədəniyyət abidələri mövcuddur.

Bu abidələrdən biri də “Avey” Dövlət Tarix Mədəniyyət qoruğunun “Damcılı” filialı ərazisinə daxil olan Alban məbədidir.

Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı alban mədəniyyətinin incəliklərini özündə əks etdirən külli miqdarda maddi-mədəniyyət nümunələri, məbədlər və digər abidələr aşkar edilmişdir. Bu abidələr içərisində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisindəki aşağıdakı abidələri  misal çəkmək olar: V-VII əsrlərdə Yuxarı Əskipara kəndində inşa olunmuş Alban məbədi, VII  əsrə aid Daş Salahlı kəndindəki Alban məbədi, IV-V əsrlərə aid Koroğlu məbədini, Alban bütpərəst məbədini və s. abidələri göstərmək olar.

Belə Alban məbədlərindən biri Azərbaycanın Qərb qapısı sayılan Qazax rayonunun Daş Salahlı kəndində Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində- dəniz səviyyəsindən 922 metr hündürlükdə, dağ ətəyindən isə 420 metr yüksəklikdə yerləşir. V-VII əsrlərə aid edilir.  

Məbədin Avey dağının ən yüksək nöqtəsində olması da onun xristianlıqdan çox-çox əvvəl tikildiyini söyləməyə əsas verir.  Çünki, Alban məbədləri dağların ən yüksək zirvəsində tikilirdi. Tədqiqatçıların fikrincə Avey xristian məbədi elə qədimdə Avey dağının zirvəsində olmuş “Ay məbədi”nin yerində tikilmişdir.

Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində  yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili iki pilləli özül üzərində,  qədim ay məbədinin üzərində tikilmişdir.  Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülmüş, onun yerində xristian  məbədi inşa edilmişdir. Məbədin şimal-şərq tərəfində qədim tikiliyə aid altı cərgə hörgü daşının saxlanması da deyilən fikirləri təsdiq edir. Çaxmaqlaşmış əhəng daşından olan həmin hissə sonrakı tikilmiş binanın hörgü daşlarından fərqlənir. 

Tikilinin qədim divarları  arası  xırda  daş  parçaları  və palçıqla  doldurularaq hər iki üzüdə iri daşlarla hörülmüşdür. Birinci iri otağın şərq divarının hər iki yanında “T” formalı sütun olan tağ  formalı absida yerləşir. Bu cür sütunlar ara qapının cənuba, iri otağın içinə baxan üzünün və cənuba açılan giriş qapısının hər iki yanında da vardır. Binanın bərpası zamanı düzəldilmiş sütunlar (qapının yanlarındakı) kobudluğu ilə digərlərindən seçilir.

Qafqaz Albaniyasının memarlıq tarixində tağlar olduqca mühüm rol oynayır. Onlar əsas daşıyıcı konstruksiyalardan biri və eyni zamanda dekorun mühüm elementidir. Tağların quruluşu bütün orta əsr dövründə dəyişməz qalmır, onlardan bəzilərindən inkişafın yalnız müəyyən mərhələsində  istifadə edilir.

Otağın tavanı gümbəzvaridir. Ortadakı dairəvi deşik örtükləri silindirvari barabanla tamamlanır. Üstü alçaq, konusvari düzəldilmiş barabanın hündürlüyü 2m, diametri 2m-dir. Barabanın konusvari örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel, qabarıq kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 ədəd uzunsov, kiçik pəncərə açılmışdır. Baraban və konusvarı örtüyün üstünə nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Qərb divarında qədimdə pəncərənin olub-olmadığnı deməkdə mütəxəssislər çətinlik çəkirlər. Lakin, məbədin son bərpası zamanı bu divarda həm çöldə və həm də daxildə formasına görə qarşı divardakı pəncərədən tam fərqlənən yeni pəncərə açılmışdır. Ümumiyyətlə, aparılan müşahidələrə əsasən məbədin ayrı-ayrı vaxtlarda üç dəfə bərpa olunduğunu müəyyənləşdirmək mümkün olmuşdur. Bu bərpa izləri tikilinin qərb divarının cənub hissəsində və cənub divarının müəyyən hissəsində qapı ətrafında qabarıq nəzərə çarpır .

Avey məbədinin həyətində XIX  əsrin 70-80-ci illərində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslübda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı hissəsində künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.

Alban məbədində aparılan arxeoloji tədqiqat işlərinin davamı 2023-cü ilin sonu 2024-cü ilin əvvəllərində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov və Tarix üzrə fəlsəfə doktoru dosent Vaqif Əsədov, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurov tərəfindən aparılmışdır. Tədqiqatlar sayəsində məbəd ətrafında dəfn adətlərinə, məbədin tikinti üslubuna və dövrünə aydınlıq gətirmək mümkün olmuşdurBu ərazidə aparılan arxeoloji elmi tədqiqatlar xristianlıq dini abidələrinin tədqiqi baxımından çox vacib elmi əhəmiyyət daşımışdır və Alban məbədinin təbliğinə çox böyük imkan yaratmışdır. Mütəxəssislər hesab edirlər ki, məbədin həyətinin qazıntısı, xristian dəfnlərinin aşkara çıxarılması müəyyən elmi yanaşmalara səbəb olan  müxtəlif məzmunlu və formalı artefaktların əldə edilməsi abidənin təbliği üçün  mühüm elmi nailiyyətdir.

Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxarmağa çalışıblar. Lakin, Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti  alban  məbədlərinin  məhz  alban xristianlığına  məxsus  olması barədə kifayət qədər məlumatlıdır.      

Azərbaycan Albaniyasının həm sərhədləri daxilində, həm də ondan kənarda inşa edilmiş xristian abidələrinin kompleks analizi sübut edir ki, regionun xristian dövlətlərinin bu abidələrə varislik iddialarının heç bir elmi əsası yoxdur. İslam dini Azərbaycan Albaniyasında yayılmamışdan əvvəl burada xristianlıq aparıcı dövlət dini olmuş, mövcud olduğu müddətdə çoxsaylı maddi və mənəvi mədəniyyət abidələri yaratmışdır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Albaniyaya məxsus kilsələr Cənubi Qafqazda inşa edilən digər xristian abidələrindən müəyyən şəkildə fərqlənmişdir. Bu fərq abidələrin memarlıq plan quruluşlarında və s.də özünü büruzə vermişdir.

Avey dağında aparlan elmi tədqiqatlar əsasında sübut edilmişdir ki,  bu məbəd qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi xristianlıq dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılardan ibarət olmuşdur. Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Son illərdə  bu tarixi-mədəni irsin daha da tanıdılması üçün çox işlər görülüb.

                                          “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun  

                                           Kiçik elmi işçisi Nağdalıyeva Tehran Sabir q.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Yanvar 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri