Icma.az
close
up
RU
Zoğalbulağın Alban məbədi, yoxsa, Traxtikin Qriqor Narekatsi kilsəsi? ARAŞDIRMA

Zoğalbulağın Alban məbədi, yoxsa, Traxtikin Qriqor Narekatsi kilsəsi? ARAŞDIRMA

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Ermənilərin qondardığı yalan və saxtakarlıqların sayı o qədər çoxdu ki, yazıb bitirmək mümkün deyil. Bu günkü məqaləni sizə təqdim etməmişdən əvvəl maraqlı bir “saxtakarlıq” haqqında məlumat verəcəyik.

Deməli, Qafqaza 1813-1828-ci illərdə çar Rusiyası tərəfindən köçürülən ermənilərin iddiasına görə, tarixdə Qriqor Narekatsi
adlı erməni mistik və lirik şair, rahib və ilahiyyatçı yaşayıb. Sayıqlamalara görə, 951-ci ildə xəyal ürünü olan “böyük Ermənistan”ın 8-ci vilayəti olan Vaspurakan əyalətində doğulub, 1003-cü ildə ölüb. Qısa adı Narek olan bu filosofa, guya erməni Apostol və Katolik Kilsələrində müqəddəs kimi hörmət edilirmiş.

Əslində Narek təxəyyül məhsulu deyil, konkret şəxs olsa belə, onun haylarla heç bir əlaqəsi olmamalıdır. Bu fikri dilçi-alim, filologiya elmləri doktoru. İlhami Cəfərsoy və bir sıra tədqiqatçı, araşdırmaçı və tarixçilər  də təsdiq edib.
Ermənilər üçün gerçəyin, həqiqətin bir anlamı varmı? Xeyir.

Bu mövzuda o qədər yalan- saxtakar hekayələr düzüb –qoşublar ki, hətta 2013-cü ildə Roma papası seçilən Papa Fransiskin ilk işlərindən biri “erməni illahiyyatçı filosof” haqqında danışmaq olub:” Narekatsi Qriqori (Qriqoriy Narekatsi) poeziya və nəsri birləşdirərək, erməni “ədəbiyyatının və mənəviyyatının” zirvəsinə çatıb”.
Bir sözlə,Qriqor Narekatsi 2015-ci ildə Papa Fransisk tərəfindən Kilsənin Doktoru elan edilib.


Hazırda Ermənistanda müqəddəs Qriqor Narekatsinin adını daşıyan 3 kilsə var: Vaqaşenidə , Vanadzorda və Armavirdə .
Ermənilər Qarabağı işğal etdikdən sonra Qriqor Narekatsinin adını Qarabağda da “əbədiləşdirməyə" girişdilər və 
Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində yerləşən Zoğalbulaq kəndini seçdilər.

Zoğalbulağın adı işğal dövründə dəyişdirilərək Traxtik kəndi edilir. Kənddə qədim bir məbəd- monastır olub.Tarixçilər yazır ki, monastırın üzərindəki kitabənin mətnindən məlum olur ki, buradakı qədim kilsə 1742-ci ildə Dizaq məliyi Məlik Yeqanın təşəbbüsü ilə bərpa edilib:" Kilsədə hər il Merac bayramı keçirilirdi. Buradakı dağın zirvəsində ağ daşdan başdaşı olan müqəddəs Yaqubun qəbir yeri olduğunu yazır. Xalq arasında Kavak piri olaraq bilinən bu ziyarətgahda qədim xaçdaş və qəbir daşı vardı. Qədim monastır kompleksindən dövrümüzə çatan yeganə tikili Müqəddəs Məryəm kilsəsidir.  Kilsə vaxtilə böyük monastır kompleksinin mərkəzi olub və yadellilər tərəfindən qarət edilərək dağıdılıb. Vaxtilə monastır möhkəm qala divarına, rahib hücrlərinə və zəvvarlar üçün xüsusi otaqlara malik olub. Kilsə XIX əsrdə artıq xarabaya çevrilib.

Erməni mediasındakı məqalələrdən məlum olur ki, işğaldan sonra ərazidə məskunlaşan ermənilər məbədin 1516-ci ildə tikildiyini iddia edərək, Narekavank və ya Nrneqavank kilsəsi adlandırıblar. Ermənilər dünya ictimaiyyətini öz yalanlarına inandırmaq üçün kilsənin içərisində, şimal divarının mərkəzi parapetində memar və tələbələrin “ xatirə yazısı“ qoyublar:“Müqəddəs kilsə Qırğızıstan Respublikasının Yohan Vardpet və Xaçator etiqadçılarının xatirəsinə tikilmişdir”. Ermənilər məbədin bütün mümkün yerlərinə öz xaçkarlarını yerləşdirə biliblər.


Hazırda isə dünyaya “ məhv edilən qədim erməni irsi” yalanlarını sırımaqdadırlar. Zoğalbulaq kəndinin adını Traxtikə dəyişib, ərazisindəki qədim Alban məbədini Müqəddəs Qriqori Narekavank kilsəsi edən ermənilər bu günlərdə onu da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına erməni irsi kimi saldırarlarsa, təəccüblənmərik. Çünki, Azərbaycan tərəfi bununla çoxdan məşğul olmalı, əlaqədar beynəlxalq təşkilatlara lazımı məlumatlar çatdırmalıdırlar.

Yoxsa , bu məbədə də Tatev monastır kompleksinə baxdığımız kimi acılar içində baxmağa məcbur olarıq. Xatırladım ki, Tatev monastır kompleksi Zəngəzurun Qarakilsə nahiyəsinin Gorus şəhərinin yaxınlığında, Oxçu çayının sahilində yerləşir. Monastır Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunub. Adı Moisey Kalankatuklunun “Alban tarixi” əsərində çəkilən bu monastır XI əsrdə alban monastırı kimi tikilib, sonradan erməniləşdirilib.  YUNESKO-nun Ümumdünya İrs Siyahısına erməni mədəni irsi kimi salınmaq üzrədir.
Təhlükə böyükdür!

Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri