Icma.az
close
up
RU
Qazax: İnkişaf və Yenilik Yolunda

Qazax: İnkişaf və Yenilik Yolunda

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazax rayonu, Azərbaycanımızın qərb qapısı, əzəmətli dağları, geniş düzənlikləri və tarixlə dolu torpaqları ilə sadəcə, bir coğrafi vahid deyil, xalqımızın mədəniyyətinin, təhsilinin və tarixi yaddaşının simvoludur. Bu torpaq, yalnız təbiəti ilə deyil, burada ömür sürmüş insanların böyük ruhu ilə də tanınır.

Qazaxın ərazisi təbiətin ölkəmizə əta etdiyi ən gözəl incilərdən biridir. Bu torpaqda insanın ruhu ilə təbiət birləşir, vəhdət yaradır. Hər zaman döyüşlərə, çətinliklərə və sınaqlara məruz qalmış bu ərazi həm də ulu mədəniyyətin simvoludur. Burada yaşamış insanların fədakarlığı, qeyri-adi gücü və müqaviməti bu torpağa verilən ən qiymətli miraslardandır. Bu torpağın insanı düşmən qarşısında heç vaxt geri çəkilməmiş, əksinə, hər zaman irəliyə doğru addımlayıb, ən pis şəraitdə belə öz yurdunu qoruyub saxlamışdır.

Qazax dedikdə bir çox insanın ağlına ilk gələn o torpaqlarda yetişən şairlər, yazıçılar ədiblər, qərəmanlar olur. Rayonun yerləşdiyi ərazi həm də qədim zamanlardan bəri müxtəlif sivilizasiyaların keçid nöqtəsi olmuş və bu burada yaranan zəngin mədəni irsin əsasını qoymuşdur.

Qazax Cavanşirlərin, Molla Pənah Vaqiflərin, Səməd Vurğunların və bu kimi yüzlərlə dəyərli şəxsiyyətlərin diyarıdır. Molla Pənah Vaqif kimi böyük şəxsiyyətlərin doğulduğu torpaq, eyni zamanda, Azərbaycanın ən parlaq şairlərindən və mədəniyyət xadimlərindən birinin əzəmətli irsini daşıyır. Vaqifin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatında və mədəniyyətində əvəzolunmaz iz buraxmışdır. Bu gün onun əsərləri təkcə Qazaxda deyil, bütün Azərbaycanda və Türk Dünyasında sevə-sevə oxunur, hər bir azərbaycanlının ürəyində Vaqifin səsini eşitməsinə səbəb olur.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi ilə Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Vaqifin Şuşada məqbərəsinin açılması milli mənlik şüurunun gücləndirilməsi və xalqın öz mədəni irsinə, ənənələrinə sahib çıxması üçün vacib addım oldu. Bu kontekstdə H.Əliyevin Molla Pənah Vaqifin məqbərəsini inşa etdirməsi yalnız bir tarixi şəxsiyyətin xatirəsinə dərin hörmətdən əlavə, həm də Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına və ziyalılarına verdiyi böyük qiymətin təcəssümü idi. Bu qərar Azərbaycanın tarixini və mədəniyyətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyaraq həm də ölkənin mədəni irsinin qorunmasına yönələn bir çox təşəbbüslərin başlanğıcı oldu.

Qazax elm ocağı, sənət məbədidir. Bunun ən bariz nümunəsi Azərbaycanda təsis olunmuş ilk müəllimlər seminariyasının məhz Qazaxda yerləşməsi idi. Qazax Müəllimlər Seminariyasının nəzdində təhsil alan bir çox tarixi şəxsiyyətlər sonralar Azərbaycan üçün misilsiz xidmətlər göstərən şəxsiyyətlərə çevriləcəkdilər. Və bu belə də oldu. Hazırda bu seminariyanın zəngin ənənələrini davam etdirən ADA Universiteti Qazax rayonunda öz filialını təhsis edərək tarixi dəyərlərimizə nə qədər qiymət verdiyini bir daha göstərdi.

ADA Universitetinin Qazaxda filialının açılması, hörmətli Hafiz Paşayevin təhsilə verdiyi önəm və bu uğurda göstərdiyi fəaliyyətlər həm Azərbaycanın daxili inkişafına, həm də beynəlxalq təhsil mühitindəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. O, ADA Universitetində müasir təhsil yanaşmalarının tətbiqi, qlobal təhsil sistemləri ilə əməkdaşlıq və yüksək keyfiyyətli akademik proqramların hazırlanmasına böyük əhəmiyyət vermişdir.

Qazaxın Gürcüstanla yanaşı, Ermənistanla da sərhəd olması mənfur düşmənlərimizin bu torpaqlara vaxtaşırı hücumları ilə nəticələnmişdir. Lakin düşmənə qarşı əsla boyun əyməyən xalqımız bütün çətinliklərə baxmayaraq, hər zaman düşmənə qarşı qəhrəmancasına torpaqlarını müdafiə etmişdir.

Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq 44 günlük Vətən müharibəsində də cəbhədə qəhrəmancasına vuruşan qazax igidlərindən 51 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Rayonun işğal altında olan kəndləri isə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və dahiyanə siyasəti nəticəsində bugün Azərbaycana qaytarılmışdır.

Dövlət başçısı İlham Əliyev hər zaman ölkənin regionlarına xüsusi diqqət yetirərək, bərabər inkişafın təmin olunmasına çalışmışdır. O, iqtisadi və sosial inkişafı yalnız paytaxtla məhdudlaşdırmayıb, bütün bölgələrdə bərabər imkanlar yaradılmasına çalışmış, Azərbaycanın hər bir bölgəsinin inkişafı üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Bu yanaşma, xüsusilə regionlarda həyat şəraitinin yaxşılaşdırılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olmuşdur.

Qazax rayonu sosial-iqtisadi inkişaf cəhətdən də sürətlə inkişaf etməkdədir. Rayon son illərdə əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Yeni infrastruktur layihələri, yol və su təchizatı işləri, məktəb və səhiyyə ocaqlarının yenidən tikilməsi və ya təmir edilməsi, rayonu daha müasir və inkişaf etmiş bir yerə çevirmişdir. Rayon əhalisinin əsas məşğuliyyəti olan kənd təsərrüfatı sahəsində inkişaf, həm də ölkə iqtisadiyyatına böyük töhfə verməkdədir.

Rayondakı bütün bu yeniliklər Cənab Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Prezidentin rayona etdiyi hər səfəri yeni bir inkişafın, yeni bir işıq yolunun başlanğıcı olur.

Yenə də Cənab prezidentin 2005-ci ildə verdiyi sərəncama əsasən, Qazax rayonunda tikilən idman kompleksi rayonun idman sahəsindəki inkişafına və uğurlara imkan yaratmışdır. Qazaxda hər il keçirilən müxtəlif idman yarışları ölkə miqyasında tanınan idmançılar yetişdirmişdir. Bu idmançılar Azərbaycanı beynəlxalq arenada təmsil edərək, öz rayonu və vətəninin adını ucaltmışlar. Məhz bu uğurlu addımların nəticəsidir ki, Qazax 2026-cı il üçün Azərbaycanın “İdman Paytaxtı” elan olundu.

Qazax rayonu kənd təsərrüfatı və ticarət sahələrində güclü potensiala malikdir. Rayonun əsas hədəflərindən biri bu sahələrin inkişafını davam etdirməkdir. Xüsusilə, taxıl, tərəvəz və meyvə istehsalı, həmçinin heyvandarlıq sahələrində istehsalın artırılması prioritetdir.

Rayonun təbii və mədəni irsini qorumaq və bu sərvətləri turizm potensialına çevirmək də əsas hədəflərdən biridir. Qazaxda turizm infrastrukturunun inkişafı, tarixi abidələrin bərpası, yerli mətbəxin və ənənələrin tanıdılması ilə bağlı müxtəlif layihələr həyata keçirilməkdədir.

Qazaxın yerli mətbəxindən söz düşmüşkən xəngəlindən bəhs etməmək olmazdı. Xəngəl, Azərbaycan mətbəxinin mühüm atributlarından olmaqla, Qazaxda xüsusi bir yerə sahibdir. Zəngin mətbəximizin incilərindən biri olan xəngəlin mənası “Xan gəl” ifadəsi ilə birbaşa əlaqəlidir. Bu ifadə çox vaxt xüsusi qonaqların gəlməsini, əhəmiyyətli bir şəxsin məclisə buyurmasını və ya bir tədbirə hazırlıq mərhələsini bildirirdi. Belə məclislərdə qonaqlara təqdim ediləcək yeməklər arasında xəngəl kimi daha zəngin və xüsusi yeməklər də yer alırdı.

Niyyət, məqsəd və əməl - bu üç prinsip həyatın və inkişafın əsasını təşkil edir. Onlar bir-birini tamamlayır və insanın fəaliyyətini düzgün istiqamətləndirərək uğurlu nəticələrə çatmasına kömək edir.

Qazaxın günbəgün inkişafı bu üç əsas prinsipin harmoniya içində tətbiqindən asılıdır. Niyyətin düzgün formalaşdırılması, cəmiyyətin gələcəyi üçün əhəmiyyətli və strateji hədəflərin müəyyənləşdirilməsinə imkan yaradır.

Məqsəd isə bu niyyətlərin konkret hədəflər və planlara çevrilməsini təmin edir. Qazaxın iqtisadiyyatını müasirləşdirmək, təhsil sahəsində islahatlar aparmaq və yeni texnologiyaların inkişafını dəstəkləmək kimi məqsədlər, ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Hər bir məqsədi ətraflı analiz edilərək, resursların düzgün bölüşdürülməsi və şəffaf idarəetmə mexanizmlərinin tətbiq edilməsi vacibdir.

Son olaraq, əməl bu məqsədlərin reallaşmasında açar rolunu oynayır. Məqsədlər müəyyən edildikdən sonra, onlara çatmaq üçün konkret addımlar atılmalıdır. Hər bir əməlin məqsədə doğru yönəldilməsi, ölkənin inkişafı üçün mühüm addım olacaq və nəticədə müsbət dəyişikliklərə səbəb olacaq.

Rahib İsgəndərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see139

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see139

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see136

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see131

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see129

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see122

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see110

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri