Icma.az
close
up
RU
Bölgələrimiz inkişaf yolunda...

Bölgələrimiz inkişaf yolunda...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət proqramlarının uğurlu icrası regionlarda qeyri-neft sektorunun inkişafına səbəb olub

Ölkəmizdə regionların inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla həyata keçirilməsi ötən 21 ildə qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin, iş yerlərinin açılmasına səbəb olub. Eyni zamanda, 2004-cü ildən start verilmiş bu strategiya paytaxt Bakı və iri şəhərlərlə bölgələr arasındakı fərqin kəskin şəkildə azalmasına, qəsəbə və kəndlərin simasının köklü şəkildə dəyişməsinə gətirib çıxarıb. Belə ki, 2004-cü il fevralın 11-də ilk regional Dövlət Proqramı qəbul edildikdən indiyədək avtomobil yolları şəbəkəsinin yeniləşməsi və inkişafı istiqamətində paytaxtda və regionlarda min km-lərlə yeni yollar çəkilib və ya təmir edilib, 100-dən artıq yol ötürücüsü, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Dövlət proqramları bütün bölgələrdə sosial-iqtisadi inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına əlverişli şərait yaradıb. Dövlət proqramlarının icrası iqtisadiyyatda məhsuldarlığı artırıb, istehsal və emalın həcmləri yüksəlib. Kiçik və orta biznes (KOB) subyektlərinin, kiçik ailə təsərrüfatlarının sayının artması bölgələrdə məşğulluq imkanlarını genişləndirib, nəticədə ölkədə yaranan yeni iş yerlərinin sayı 2 milyon nəfəri ötüb.

Regionların inkişaf proqramları turizm potensialının da güclənməsinə əhəmiyyətli təsir göstərib. Turizm sektoru ölkə iqtisadiyyatının digər sahələrində, o cümlədən nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, əhaliyə istehlak mallarının istehsalı və s. bölmələrdə də inkişafa təkan verib. 2024-cü ildə isə turizmdən əldə edilən gəlirlərin həcmi 1,5 milyard dollara bərabər olub.

Qeyri-neft sektorunun inkişafında mühüm töhfə

Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, regionların inkişafı ilə bağlı yürüdülən siyasət ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə əsaslı dönüş yaradıb, bu sahədə yeni istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr icra olunub: “Sənaye sektoru iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsində mühüm rol oynayır, sənaye sahəsində ümumi istehsalın artması ümumi iqtisadi inkişafda töhfəverici rol oynayır. Bu baxımdan 2024-cü ildə də ölkə sənayesi üçün dinamik inkişaf dövrü kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən hesabat ilində 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri- neft-qaz sektorunda isə 7,3 faiz çoxalıb. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma, 29 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub”.

Ərzaq təhlükəsizliyi təmin olunur

F.İbrahimov qeyd edib ki, regional dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də prioritet istiqamət kimi müəyyən olunub və aqrar sahədə də xeyli müsbət dəyişikliklər baş verib: “Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahənin inkişafında mühüm rol oynayıb. Aqrar sektorun su təminatının yaxşılaşdırılması məqsədilə dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektoru tikilib, digər iri layihələr reallaşdırılıb. Həmçinin, bu istiqamətdə həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işləri kənd təsərrüfatının inkişafına təkan verib. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan bitkiçilik və heyvandarlıq sahələrində bir neçə dəfə inkişaf dinamikası qeydə alınıb, ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yaxşılaşıb. Ötən müddət ərzində iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradılıb, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilib ki, bu da gələcəkdə aqrar bölmənin daha da inkişafına səbəb olacaq”.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi gücü daha da artıracaq

İqtisadçının sözlərinə görə, ölkəmizin inkişafında yeni mərhələ başlayıb, torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf üçün yeni imkanları formalaşdırmaqdadır. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən salınması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Bu tədbirlər, eyni zamanda azad ərazilərdəki iqtisadi imkanların üzə çıxarılmasına xidmət edir.  Həyata keçirilən bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, davamlı iqtisadi fəallığın təmin olunmasına dərin zəmin yaradır. Böyük maliyyə vəsaiti hesabına bu işləri öz gücü ilə həyata keçirən Azərbaycan hökuməti yaxın illərdə Qarabağa və Şərqi Zəngəzuru inkişaf etdirməklə ölkəmizin iqtisadi gücünün daha da artmasına nail olacaq”.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri