Qazax yazıçı Çin dövlət mükafatına layiq görüldü
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çinin Urumçi şəhərində yaşayan qazax yazıçı Anar Zinuarbekovna Bin Xin adına Dövlət Ədəbi Mükafatının laureatı olub.
Kulis.az xəbər verir ki, Sanven (esse) janrı üzrə ədəbi mükafat yazıçıya “ən yaxşı esse toplusu” nominasiyasında “600 kilometr: Səyahət yolunda” adlı nəşrinə görə verilib. Topluya daxil olan esselərdə müəllif vətən həsrəti, qohumluq əlaqələri, çöl mənzərələri, qazax milli mətbəxi, şəhər həyatından bəhs edir.
Anar Zinuarbekovna Qazax Muxtar Vilayətinin Kunes rayonunda anadan olub. 2014-cü ildən yaradıcılıqla məşğuldur. Bin Xin Mao Dun və Lu Xin ilə birlikdə Çinin ən nüfuzlu ədəbi mükafatlarından biridir.
Qeyd edək ki, ədəbi mükafat 2002-ci ildən etibarən iki ildən bir verilir və bu il müsabiqəyə 2023-2024-cü illərdə nəşr olunmuş 339 toplu təqdim olunub.
Bağışla məni, Vətən, səninçün bir iş gəlmədi əlimdən - Həsən Azərinin şeirləri "Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi? Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















