Azərbaycanlı yazıçı Çində “İlin şairi” mükafatına layiq görüldü
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ-də yaşayan azərbaycanlı ədəbiyyatşünas, şair və yazıçı Aleksandr Səlimov Çində keçirilən ənənəvi 7-ci Boao Beynəlxalq Poeziya Mükafatları mərasimində “İlin şairi” mükafatına layiq görülüb.
Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, tədbir mədəni və humanitar əməkdaşlığın təmini məqsədilə Cənub-Şərqi Asiya Şairlər Birliyi və Çin Yazıçılar Birliyinin dəstəyi ilə 2018-ci ildən ənənəvi olaraq təşkil edilir.
Qeyd edək ki, Aleksandr Səlimov ABŞ-nin Delaver Universitetinin professorudur. O, eyni zamanda Amerika Şairlər Akademiyasının üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Soydaşımızın kitabları sırasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur.
İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. "Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 27 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















