Qazaxda açıq ərazidə GÜCLÜ YANĞIN oldu
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax şəhərinin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 2 hektar sahədə əsasən kol-kos və quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Avqust 2025 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















