Qazaxda AĞIR QƏZA: 3 nəfər öldü FOTO YENİLƏNİB
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə avqustun 23-də saat 09:52 radələrində Xanlıqlar–Cəfərli avtomobil yolunun Xanlıqlar kəndindən keçən hissəsində qeydə alınıb.
29 yaşlı Şadət Məhəmməd oğlu Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobil qarşı istiqamətdə hərəkətdə olan 58 yaşlı Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə Məqsəd İbrahimov və avtomobildə sərnişin olan 71 yaşlı Fəxrəddin Mustafa oğlu Mustafayev hadisə yerində ölüblər. Digər sərnişin, 68 yaşlı Sakibə Camal qızı Mustafayeva isə Qazax Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
“Mercedes”in sürücüsü Şadət Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
23 avqust 11:38
Qazaxda ağır qəzada “Opel” markalı minik avtomobilinin sürücüsü 1968-ci il təvəllüdlü M.İbrahimov, onun sərnişinləri - 1958-ci il təvəllüdlü S.Mustafayeva və 1953-ci il təvəllüdlü F.Mustafayev ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1997-ci il Ş.Mustafayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
***
saat 11.12
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















