Icma.az
close
up
RU
Qazaxda AĞIR QƏZA: 4 ölü, 1 yaralı YENİLƏNİB VİDEO

Qazaxda AĞIR QƏZA: 4 ölü, 1 yaralı YENİLƏNİB VİDEO

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Ötən gün Qazax rayonunda ikisi azyaşlı olmaqla, dörd nəfərin həyatına son qoyan yol qəzası qeydə alındı. Təkcə bir ailə deyil, ümumilikdə cəmiyyət üçün ağır itki hesab olunan bu hadisə, təəssüf ki, hələ də yollarımızın kabusuna çevrilən sürət amilindən qaynaqlanır.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

Qeyd  olunub ki, məhkumluq həyatı yaşamış İ.Müsədirovun etibarnaməsiz idarə etdiyi avtomobillə, sutkanın qaranlıq vaxtı, ensiz yolda yüksək sürətlə hərəkət etməsi və böyük ehtimalla yolun əyilən trayektoriyasında idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılması, özü ilə yanaşı, toqquşduğu avtomobilin sürücüsü S.Dəryahquliyevin, sonuncunun 8 yaşlı qızının və eyni yaşda olan bacısı oğlunun həyatına da son qoydu.

Statistikaya görə ölkəmizdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi ən çox yol verilən qayda pozuntusudur. Cari ilin 10 ayı ərzində sürət həddinin aşılması səbəbindən  346 yol qəzası qeydə alınıb ki, nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər isə yaralanıb.

Sürətin məsafəni yox, ömrü qısaltması davamlı təbliğ olunsa da, təəssüf ki, polisin vizual, yaxud texniki nəzarət tədbirlərindən yayınan bəzi sürücülər dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudurlar.

Yüksək sürətin xöşbəxt sonluq vəd etmədiyini aydın dərk edən sürücü, bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganəliyidir. Yol isə məsuliyyət tələb edir. Həm şəxsi, həm də ictimai!

Tələblərə yalnız cəza təhdidi altında əməl edənlər isə mütləq yarımçıq qoyduqları arzulara görə cavabdehdirlər...

***

Dünən Qazaxda baş verən yol qəzasında ölənlərin adları məlum olub.

Lent.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Müsədirov İttifaq İkram oğlu etibarnaməsi olmadan idarə etdiyi “Opel Astra H” markalı avtomobil ilə qarşıdan gələn 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğlunun idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşması nəticəsində sürücü İttifaq Müsədirov, eyni zamanda “Tofaş” markalı avtomobilin sürücüsü Sənan Dəryahquluyev və həmin avtomobildə olan sərnişinlər - 2018-ci il təvəllüdlü Dəryaquliyeva Güllər Sənan qızı, 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğlu hadisə yerində ölüblər. 

1996-cı il təvəllüdlü Dəryahquluyeva Türkan Zahir qızı isə ağır bədən xəsarətləri alaraq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.

***

saat 21:06

Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.

***

19:48

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xyaralananlar da var.

Yaralılar xəstəxanaya yerləşdirilib.(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri