Icma.az
close
up
RU
Qazaxda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI VİDEO

Qazaxda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI VİDEO

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Qazax şəhəri, Səməd Vurğun küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov BMW markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub.

Nəticədə F.İsmayılov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb. Mərhumun qohumları bildirirlər ki, hadisə dünən axşam saatlarında baş verib. Qazax rayon sakini, 2000-ci il təvəllüdlü A.Kazımov avtomobili idarə edərkən sərxoş olub.

O, küçədə sürət həddini aşaraq avtomobili qarşı hərəkət zolağı ilə idarə etməyə başlayıb. Həmin vaxt piyada F.İsmayılov da parkdan evinə gedirmiş. A.Kazımov idarəetməni itirərək qarşı hərəkət zolağında piyadanı vurub hadisə yerindən qaçıb.

Nəticədə F.İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən A.Kazımov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Mərhumun yaxınları qeyd ediblər ki, sürücü A.Kazımov narkotik asılılığından əziyyət çəkirmiş və buna görə də bir müddət əvvəl o, narkoloji dispanserlərdən birində müalicə alırmış. O, bir neçə gün əvvəl müalicə kursunu başa vuraraq Qazax rayonuna qayıdıbmış.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, aprelin 9-da Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində 26 yaşlı rayon sakini Anar Kazımovun piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi və piyada, 74 yaşlı Faiq İsmayılovun ölməsi barədə məlumat daxil olub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunaraq cinayət işi başlanılıb, təqsirin müəyyən edilməsi istiqamətində prosessual araşdırmalar davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə təqsirləndirilən A.Kazımov saxlanılıb.

15:48

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Oxu.Az-a görüntülər daxil olub.

Videoda BMW markalı avtomobilin yolu keçən 74 yaşlı Faiq İsmayılovu vurması əks olunub.

Həmin görüntüləri təqdim edirik:

09:40

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Qazax şəhəri, Səməd Vurğun küçəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov BMW markalı avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub. Nəticədə F.İsmayılov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

https://t.me/oxuaze/179037

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see172

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri