Icma.az
close
up
RU
Qusarda baş verən dəhşətli ölümün TƏFƏRRÜATI

Qusarda baş verən dəhşətli ölümün TƏFƏRRÜATI

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bacımın qabırğalarını sındırıblar, ağciyərini zədələyiblər, qaraciyərini cırıblar, mədəsinə doldurulan hava qanaxma yaradıb..."

Avtosfer.az bildirir ki, bu sözləri "Musavat.com"a Qusarda qeysəriyyə əməliyyatından sonra vəfat edən 26 yaşlı Yasəmən Ospatovanın qardaşı Firdovsi Ədilov deyib. Onun sözlərinə görə, bacısının ölümü ilə bağlı Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin komissiya rəyi ailənin yaşadığı faciənin miqyasını ortaya qoyur.

"Biz ekspertiza rəyini oxuyanda dəhşətə gəldik. Rəsmi sənəddə yazılıb ki, bacıma nəfəs vermək üçün taxılan boru nəfəs borusuna yox, səhvən qida borusuna salınıb. Buna görə ağciyərlərinə oksigen getməyib. Vurulan hava mədəsinə dolub, mədəsinin selikli qişasında çatlar və qanaxma yaranıb. Beyni oksigensiz qaldığı üçün ağır zədələnmə baş verib".

Firdovsi Ədilovun sözlərinə görə, ekspertiza reanimasiya zamanı aparılan ürək masajı ilə bağlı da ağır nəticələri göstərir.

"Rəydə yazılıb ki, ürək masajı zamanı bacımın döş sümüyü sınıb, soldan altı, sağdan isə dörd qabırğası qırılıb. Qırılan qabırğalar ağciyərini zədələyib. Bununla yanaşı, qaraciyərində təxminən 8 santimetrlik cırıq əmələ gəlib və qarın boşluğuna bir litrə yaxın qan axıb. Bunlar bizim iddialarımız deyil, dövlət ekspertlərinin yazdığı faktlardır".

O bildirib ki, ekspertiza yalnız reanimasiya zamanı deyil, hamiləliyin izlənilməsi və əməliyyata hazırlıq mərhələsində də ciddi nöqsanların olduğunu göstərir.

"Rəsmi rəyə əsasən, bacım risk qrupuna daxil edilməyib, lazımi nəzarət planı hazırlanmayıb. Xəstəxanaya qəbul olunduqdan sonra saatlarla gözlədilib, əməliyyatdan sonra isə lazımi müşahidə tam təmin edilməyib".

Firdovsi Ədilovun sözlərinə görə, ekspertiza rəyində xüsusi olaraq qeyd olunur ki, tromboz və ağciyər arteriyasının trombemboliyasının qarşısını almaq üçün profilaktik tədbirlər tam həcmdə görülsəydi, Yasəmən Ospatovanın həyatını xilas etmək ehtimalı yüksək olardı.

"Biz heç kimi əvvəlcədən günahkar elan etmirik. Sadəcə istəyirik ki, ekspertiza rəyində yazılan bütün faktlar obyektiv araşdırılsın və bacımın ölümünə hüquqi qiymət verilsin".

Qusarın Xuray kənd sakini Yasəmən Firuddin qızı Ospatova 11 avqust 2025-ci il tarixdə Qusar rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloqu Milanə Babayeva tərəfindən qeysəriyyə əməliyyatı olunub. Ertəsi gün – 12 avqust 2025-ci ildə vəziyyəti kəskin ağırlaşıb və o, xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı Qusar rayon prokurorunun böyük köməkçisi Kamal Həbibov tərəfindən 16 mart 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub. Mərhumun yaxınları bu qərardan narazı qalıb və məhkəmə nəzarəti qaydasında şikayət verib. Buna baxmayaraq Qusar Rayon Məhkəməsinin hakimi Günel Səfərli 16 iyul 2026-cı il tarixli qərarı ilə şikayəti rədd edib. İndi isə iş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Rəşadət Ağayevin icraatındadır.

Firdovsi Ədilovun sözlərinə görə, Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin 884/KEŞ nömrəli komisyon rəyi və meyitin təşrihi zamanı aşkar olunan faktlar səhiyyə işçilərinin hansı dərəcədə kobud səhvlərə yol verdiyini açıq şəkildə nümayiş etdirir.

Mərhumun ailə üzvləri əməliyyat üçün həkimə 370 manat məbləğində pul verildiyini də bildiriblər. Bu haqda Qusar prokurorluğuna, Qusar məhkəməsinə məlumat veriblər. Lakin müvafiq araşdırmalar aparılmayıb.

Mərhumun yaxınları Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunan şikayətdə yazırlar ki, Qusar Rayon Məhkəməsi və Prokurorluq işin faktiki hallarına düzgün hüquqi qiymət verməyib: "Müalicə həkimi və reanimatoloqun hərəkətləri təsadüfi tibbi səhv deyil, normativ qaydaların sistemli şəkildə pozulmasıdır. İntubasiya borusunun qida borusuna salınması, reanimasiya zamanı daxili organların cırılması və qabırğaların kütləvi qırılması qaçılmaz tibbi risk yox, kobud səhlənkarlığın nəticəsidir. Biz Sumqayıt Apellyasiya Məhkəməsindən Qusar Rayon Məhkəməsinin qərarının və prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsini, işin yenidən obyektiv araşdırılması üçün geri qaytarılmasını xahiş-tələb edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyul 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri