Icma.az
close
up
RU
Qazaxda heyvan bazarında bıçaqlanma: səbəb illər əvvəlki quzu borcu olub TƏFƏRRÜAT

Qazaxda heyvan bazarında bıçaqlanma: səbəb illər əvvəlki quzu borcu olub TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Qazax rayonunda 1982-ci il təvəllüdlü Namaz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Adil Qədiməliyevi bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Namaz bıçaqlanma hadisəsindən təxminən 2 il əvvəl 180 manata nisyə aldığı 1 baş xırdabuynuzlu heyvanın pulunu ödəməməsinə görə heyvanı ona satmış ət məhsullarının satışı ilə məşğul olan Süleymanın qardaşı və şəriki Adilin heyvanın pulunu istəməsi və verə bilmədiyinə görə telefonda aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 
Mübahisə zamanı Adilin özünü və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsinə görə aralarındakı məsələyə aydınlıq gətirmək üçün onun və qardaşı Süleyman Qədiməliyevin yaşadığı evə gedib. Onları çağırıb, evdən çıxmaqdan imtina etdikləri üçün onların növbəti gün səhər heyvan almaq üçün Qazax rayon heyvan bazarında olmasını dəqiqləşdirib. 
Daha sonra söyüşlə bağlı məsələni aydınlaşdırmaq üçün 14 iyul 2024-cü ildə, səhər saat 5 radələrində heyvan bazarına gedib və bazarda Adillə özü və ailə üzvlərinin ünvanına söyüş söyməsi ilə bağlı mübahisə edib. 
Bu zaman Namaz bıçaqla Adilin qarın və sol qol nahiyyələrinə qəsdən zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Namazın barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Namaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Adil ilə arasındakı münaqişənin səbəbi heyvan olub: “Adilin qardaşı Süleymandan bir neçə il əvvəl bir baş quzu aldım. Lakin Süleymana heyvanın pulunu verə bilmədim. Süleyman problem olmadığını, “üstünü düzəldəndə verərsən” dedi. Süleymanla aramızda problem olmasa da, Adil heyvanın pulunu istəyib, ziyanda olduqlarını deyib. O, mənə telefonda nalayiq ifadələr işlətdi. Buna görə də ona acıqlı olmuşam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 14-də, səhər saat 5 radələrində Qazax Mal Bazarına gedib: “Adil də bazarda olub. Adilə yaxınlaşdım və ona “kənara çəkib məsələni həll edək” desəm də, mənə qarşı nalayiq ifadələr işlətdi. Buna görə də əsəbiləşərək ona bıçaqla xəsarətlər yetirdim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namaz 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri