Icma.az
close
up
RU
Qazaxda qadına kişi qohumu mesaj yazdı, əri isə... TƏFƏRRÜAT

Qazaxda qadına kişi qohumu mesaj yazdı, əri isə... TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Qazax rayonunda 1984-cü il təvəllüdlü Elman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 23 dekabr 2023-cü ildə, saat 10 radələrində Qazax şəhəri Bakı küçəsində başm verib. 
Elman evin yaşayış otağında arvadı Səbinə ilə yaranmış şəxsi münasibətlərin pozulması zəminində, yəni arvadının mobil telefonuna başqa şəxsdən daxil olmuş mesajla əlaqədar Qazax rayon polis şöbəsinə vermiş olduğu şikayət barədə sonradan imtina etməsini ondan gizlətdiyinə görə mübahisə edib. 
Bundan əsəbləşərək əli ilə arvadının bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur: 
“Zərərçəkmiş Səbinə mənim arvadımdır. Bir müddət əvvəl Səbinənin işlətdiyi mobil telefona mesaj gəldi. Mesaj yazmış şəxsin sonradan Səbinənin qohumu Sahib adlı şəxs olmasını bildik. Səbinə Sahibin barəsində Qazax polis şöbəsinə şikayət etdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 23-də, saat 10 radələrində yaşadıqları evdə Səbinənin Sahib barədə etmiş olduğu şikayəti geri götürməsini eşitdiyi üçün arvadı ilə sözlə mübahisələri olub: 
“Otaqda əsəbləşərək əlim ilə Səbinənin sifətinə bir neçə dəfə zərbə vurdum. Səbinə evin həyətinə çıxdıqda sonuncunun anası Nərminə də evin həyətinə gəldi və qızının mənim tərəfimdən döyülməyimi bildi. Səbinə anası ilə getdi. Bizdən başqa evdə heç kim olmayıb. Hazırda əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, son vaxtlar Elman başqa qadınla qeyri-rəsmi yaşadığı üçün əri ilə münasibətləri pisləşib: “2023-cü ilin noyabr ayında mənim istifadəmdə olan mobil telefon nömrəsinə tanımadığım şəxsdən mesaj gəldi. Sonradan mesaj yazan şəxsin Sahib adlı qohumlarım olmasını bildilər. Mən Sahibin barəsində Qazax rayon polis şöbəsinə şikayət etdim. Sonradan Sahib barəsində şikayətçi olmadım”. 
Zərərçəkmiş bildirib ki, dekabrın 23-də, saat 10 radələrində yaşadıqları evdə Elman ondan çay istəyib: 
“Mən Elmana çay süzüb evin ikinci mərtəbəsinə xəstə uşağımın yanına qalxdım. Elman məndən yenə çay süzməmi istədi. Elmana xəstə uşağım ilə məşğul olmağımı bildirərək çayı özü süzməsini dedim. Elman da çay süzməməsini bəhanə etdi və Sahibin mənə mesaj yazmağım ilə əlaqədar polisə etdiyim şikayəti geri götürməyimi ondan gizlətdiyim üçün mənimlə mübahisə etdi. Yaşayış otağında bədənimin müxtəlif nahiyyələrinə əli ilə vurdu. Elmanın əlindən qaçaraq həyətə düşdüm və həmin vaxt anamla qarşılaşdım. Anam ilə valideynlərimin yaşadığı evə getdim”. 
Zərərçəkmiş bildirib ki, əri onu döyərkən yanlarında heç kim olmayıb: 
“Hadisə evin otağında 1-2 dəqiqə ərzində baş verdi. Hadisə zamanı evdə uşaqlardan başqa heç kim olmayıb”. 
Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Elman aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri